Bakının ən məşhur, adı çox çəkilən küçələrindən biri İzzət Həmidov küçəsidir. Bəs biz İzzət Həmidovun necə bir şəxsiyyət olduğunu bilirikmi?
Baki-baku.az həmin şəxsiyyətin kimliyini təqdim edir:
İzzət Həmidov 28 fevral 2000-ci ildə doğulub. İkinci Qarabağ savaşı başlamazdan əvvəl əsgəri xidmətə yollanıb. Füzuli rayonu istiqamətində gedən döyüşlərdə fəal iştirak edib, xüsusi qəhrəmanlığı və çevikliyi ilə fərqlənib. 2020-ci il oktyabrın 9-da Füzulinin Alıxanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İzzət Həmidov ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
