Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/24/2025

Paylaşın

GÜNDƏM

İstirahət gününün havası açıqlanıb

İstirahət gününün havası, Hava, Hava proqnozu

Azərbaycan ərazisində mayın 25-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 15-17° isti, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacaq.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu münasibətlə avqustun 1-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində aktyorla görüş keçirilib.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu münasibətlə avqustun 1-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində aktyorla görüş keçirilib.