Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/04/2025

Paylaşın

GÜNDƏM

İqlimlə mübarizədə çəkilən böyük zəhmət – Bakının yaşıl nəfəsi

Bakının yaşıl nəfəsi, İqlim, Yaşıllıq

Son illər Bakının yaşıllaşdırılması istiqamətində mühüm işlər görülür. Şəhərin Baş Planına uyğun olaraq yaşıllıq sahələrinin artırılması, yeni parkların salınması, həmçinin hibrid yaşıl dəhlizlərin yaradılması nəzərdə tutulur. Bu istiqamətdə artıq böyük işlər görülüb və görülür. Məqsəd həm paytaxt sakinlərinin yaşayış keyfiyyətini yüksəltmək, həm də ekoloji tarazlığı qorumaqdır. Dünyanın bir çox şəhərlərində qəbul olunan norma kimi, hər bir sakin üçün ən azı 8 kvadratmetr yaşıllıq sahəsinin təmin edilməsi planlaşdırılır. Bu istiqamətdə atılan addımlar beynəlxalq müstəvidə də diqqətdən yayınmır. 2024-cü ildə Bakı Dənizkənarı Milli Parkı Niderlandda keçirilən “Future Green City World Congress” çərçivəsində “Beynəlxalq Böyük Şəhər Parkı” mükafatına layiq görüldü.

Yaşıllaşdırmanın əhəmiyyəti təkcə şəhərin gözəlləşməsində deyil, həm də ekologiyada, insanların sağlamlığında özünü göstərir. Ağaclar və yaşıllıq havanın tozdan təmizlənməsinə, avtomobildən buraxılan emissiyaların, həmçinin stressin azaldılmasına xidmət edir. Eyni zamanda yaşıl sahələr şəhər üçün iqlimə adaptasiya vasitəsidir. Bakı yarımsəhralıq iqlimdə yerləşir, burada yağıntı azdır, külək isə güclüdür. Belə şəraitdə torpaq eroziyası, su qıtlığı və bitkilərin zəif inkişafı kimi problemlər meydana çıxır. Bu səbəbdən paytaxtda yaşıllaşdırma prosesi sadəcə bir ağac əkməklə başa gəlmir, onun yaşadılması, böyüdülməsi və qorunması xüsusi zəhmət və resurs tələb edir.

Bakıda həyata keçirilən layihələr də bu çətinlikləri nəzərə alsaq böyük zəhmət hesabına başa gəlir. Hibrid yaşıl dəhlizlər boyunca xüsusi suvarma sistemlərinin qurulması, iqlimə uyğun bitki növlərinin seçilməsi, davamlı aqrotexniki tədbirlərin görülməsi böyük maliyyə və əmək sərfi ilə baş verir. IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2022-ci ildən həyata keçirilən “Bakı şəhərində ağacların qeydiyyatı və nömrələnməsi” layihəsi də şəhərdəki ağacların qorunmasına və şəffaf uçotun aparılması baxımından mühüm addımdır.

Şübhəsiz ki, Bakıda yaşıllaşdırma prosesi təbiətin əlverişsiz şərtlərinə qarşı aparılan mübarizədir. Əgər bu işlər aparılmasa, şəhərin yaşıl sahələri minimum səviyyədə qalar, bu isə həm ekologiyaya, həm də insanların sağlamlığına mənfi təsir edərdi.

Lakin görülən tədbirlər göstərir ki, böyük zəhmət və xərclər hesabına da olsa, Bakı yaşıl şəhər konsepsiyasını reallığa çevirməyə çalışır. Bu, həm ekoloji sabitlik, həm də paytaxtın gələcək nəsillər üçün daha sağlam və gözəl bir məkana çevrilməsi baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Ona görə də, hər bir vətəndaş, paytaxt sakini Bakıdakı yaşıllığa həssas yanaşmalı, onu mirası kimi qoruyub, gələcək nəsillərə ötürməlidir.

Elvin Camalov

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Обычно считается, что торты, сладости и газированные напитки являются прямой причиной кариеса.

Ən son

ОБО ВСЕМ

Исследователи из Пекина разработали стиральную машину, способную работать в условиях космоса.

ОБО ВСЕМ

Исследователи из Пекина разработали стиральную машину, способную работать в условиях космоса.
Facebook
X (Twitter)
LinkedIn
Email

Məqalənizi göndərin