Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/27/2025

Paylaşın

GÜNDƏM

“İnanıram” monotamaşası Anım Günündə nümayiş olundu

“İnanıram” monotamaşası, "İnanıram"

27 sentyabr Anım Günü münasibəti ilə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “İnanıram” monotamaşası nümayiş olunub.

Baki-baku.az xəbər verir ki, tamaşadan öncə Qarabağ müharibəsində şəhid olan Vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad olunub. Sonra teatrın mətbuat katibi Samirə Əşrəf çıxış edərək 44 günlük Vətən müharibəsinin müstəqillik tariximizdəki önəmindən bəhs edib.

Daha sonra “İnanıram” monotamaşası nümayiş olunub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin əsgər və zabitlərinin alqışları ilə başa çatan səhnə əsəri izləyicilərə duyğulu anlar yaşadıb.

Qeyd edək ki, “İnanıram” monotamaşasının müəllifi yazıçı Ülviyyə Heydərova, quruluşçu rejissoru Elşad Rəhimzadədir.

Tamaşada müharibədə yeganə oğlunu itirmiş ana obrazını aktrisa Zemfira Əbdülsəmədova canlandırır.

Səhnə əsəri vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və şəhid analarına həsr edilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az "Sport.es" portalına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis ispan futbolçunu Harri Poterə bənzədib.

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Məhəmməd peyğəmbər (s) haqqında bilmədiklərimiz bildiklərimizdən çoxdur

TARIXI ŞƏXSİYYƏTLƏR

Məhəmməd peyğəmbər (s) haqqında bilmədiklərimiz bildiklərimizdən çoxdur
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin