Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/11/2025

Paylaşın

GÜNDƏM, SİYASƏT

İlham Əliyev Məsud Pezeşkiana təbrik məktubu göndərdi

İlham Əliyev, Məsud Pezeşkiana təbrik məktubu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

“İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz Azərbaycan ilə İran arasında dövlətlərarası əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Ölkələrimiz arasında münasibətlər sıx tellərlə bir-birinə bağlı olan xalqlarımızın ortaq tarixi, dini və mədəni dəyərlərindən qaynaqlanır.

Hazırda ölkələrimiz iqtisadi-ticari, nəqliyyat, energetika və digər sahələrdə səmərəli əməkdaşlıq edirlər. Qarşılıqlı fəaliyyətimizin əhatə dairəsinin daha da genişləndirilməsi və yeni məzmunla zənginləşdirilməsi üçün əlverişli imkanlar mövcuddur.

İnanıram ki, ölkələrimizin rifahı, bölgənin sabitliyi və təhlükəsizliyi naminə Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf edəcək və möhkəmlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Haaqa meri Yan van Zanen 17-22 may tarixlərində Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) təşkilini yüksək

Ən son

GÜNDƏM

Aqil Ağacanov bu gün 77 yaşında Bakıda dünyasını dəyişib.

GÜNDƏM

Aqil Ağacanov bu gün 77 yaşında Bakıda dünyasını dəyişib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin