Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/21/2026

Paylaşın

GÜNDƏM

İdarə Heyətinin sədri: Davamlılıq təkcə ekoloji siyasət deyil, həm də idarəetmə yanaşması və ortaq məsuliyyət prinsipidir

WUF13

Son illər ərzində “yaşıl” iqtisadi inkişaf siyasətləri və dayanıqlı inkişaf təşəbbüsləri vasitəsilə mühüm institusional baza formalaşdırılıb. Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişaf üzrə milli prioritetlərinə “yaşıl” inkişaf prinsiplərinin daxil edilməsi, azad olunmuş ərazilərdə “yaşıl enerji zonası” və “ağıllı yaşayış məntəqələri” konsepsiyalarının tətbiqi, həmçinin COP29 çərçivəsində iqlim gündəliyinin gücləndirilməsi bu istiqamətdə sistemli yanaşmanın göstəricisidir. Bu prosesdə vətəndaş cəmiyyəti institutlarının iştirakı xüsusi əhəmiyyət daşıyır.

Baki-baku.az xəbər verir ki, bu fikirləri Aygün Əliyeva, World Urban Forum 13 Təşkilat Komitəsinin üzvü olaraq, forum çərçivəsində keçirilən “Azərbaycanın İlk Milli Davamlılıq Standartının Hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)” adlı sessiyada çıxışı zamanı səsləndirib.

A.Əliyeva bildirib ki, qeyri-hökumət təşkilatları ekoloji maarifləndirmə, iqlim dəyişikliklərinə uyğunlaşma, “yaşıl şəhər” təşəbbüsləri, tullantıların idarə olunması, ekoturizmin təşviqi və gənclərin bu sahəyə cəlb edilməsi kimi layihələr vasitəsilə ictimai şüurun formalaşmasına töhfə verməyə davam edir.

Onun sözlərinə görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi şəffaf qrant mexanizmləri vasitəsilə layihələri dəstəkləməklə, həmçinin dövlətlə vətəndaş cəmiyyəti arasında institusional əməkdaşlığı gücləndirməklə mühüm koordinasiyaedici rol oynayır. Bu yanaşma dayanıqlı inkişaf üçün daha səmərəli çoxtərəfli əməkdaşlıq modellərinin formalaşmasına imkan yaradır.

Aygün Əliyeva vurğulayıb ki, davamlı təcrübə standartlarının uğurlu tətbiqi dövlət qurumları, özəl sektor, akademik dairələr və vətəndaş cəmiyyəti arasında əlaqələndirilmiş əməkdaşlıqdan, eləcə də effektiv monitorinq və hesabatlılıq mexanizmlərindən asılıdır.

O qeyd edib ki, davamlılıq yalnız ekoloji siyasət anlayışı deyil, həm də idarəetmə mədəniyyəti və ortaq məsuliyyət modelidir. Güclü institusional koordinasiya, inklüziv iştirak və uzunmüddətli əməkdaşlıq daha dayanıqlı və davamlı gələcəyin qurulmasına mühüm töhfə verə bilər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanında 2026-cı ilin yanvar-iyun aylarında 61 min TEU konteynerə yaxın

Ən son

GÜNDƏM

10 iyul 2026-cı il tarixində “Kitabxanada yay–2026” proqramı çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında maarifləndirici

GÜNDƏM

10 iyul 2026-cı il tarixində “Kitabxanada yay–2026” proqramı çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında maarifləndirici
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin