İnsan gündəlik olaraq müxtəlif növ məlumatlar eşitmək məcburiyyətində qalır.
Bunların bəziləri ixtiyari, çoxu isə qeyri-ixtiyari olur. Necə deyərlər, qulaq hər gün bir söz eşitməsə kar olar. Müasir dünyada isə təkcə eşitməklə kifayətlənmirik, həmçinin sosial media burulğan kimi bizi içinə çəkib yeni məlumatlarla beynimizi doldurur. Bəzən doğrudan da, məlumatlandırıcı xarakter daşıyan 15-20 saniyəlik videoçarxlar elə 15-20 saniyəlik dəyər daşıyıcısına çevrilir və çox tezliklə yadımızdan çıxır.
Bu məlumat kirliliyinə alternativ olaraq, oxucularla həftəlik dünya filosoflarının həyatından yığcam və maraqlı faktlar paylaşmaq istəyirəm. Məqsədim əsrlərin sınağından keçmiş, özünü dəfələrlə doğrultmuş həmin kəlamları yeni auditoriyaya təqdim etməkdir. Bu yolla, kiminsə bəlkə məhz həmin an ehtiyac duyduğu fikir qarşısına çıxar və gününün daha hüzurlu, xoş keçirməsinə səbəb olar.
“Humanitas” adını verdiyim bu rubrikaya Siseronla başlamaq qərarına gəldim. Bu termini elmə gətirən Mark Tulli Siseron e.ə. 106-43-cü illərdə qədim Romada kütləni ustalıqla ələ alan natiq və öndə gedən siyasi xadim kimi tanınır. Digərlərinə şəfqət və mərhəmət dəyərini təbliğ edən Siseron həm də həcmli və dərin yazıların müəllifidir.
Dostluq, vəzifə, qocalıq və əxlaqi dəyərlər mövzularında əsərlər yaradaraq onları Roma düşüncə tərziylə birləşdirən filosof yeni bir intellektual ənənənin əsasını qoydu. Onun əsərləri olmasaydı, Sokrat, Platon və Aristotelin ideyalarının böyük bir hissəsi Qərb mədəniyyətinə heç vaxt bu qədər dərindən işləməzdi.
Parlaq, lakin eyni zamanda narahat, hazırcavab, amma statusuna baxmayaraq, özünə əminliyini itirmiş bu filosofun fikirlərindən bəzilərini sizə təqdim edirəm:
- Ölülərin həyatı dirilərin xatirəsində yaşayır. Bir nəfərə sağ ikən verdiyin
məhəbbət onu bu zamandan kənarda yaşadır. - İnsan övladının əsrlərdir etdiyi 6 səhv:
- Şəxsi qazancın başqalarını əzməklə nail olacağına inanmaq;
- Dəyişə bilməyəcəyimiz faktlar barəsində narahat olmaq;
- Nail olmayacağımız bir şeyin mümkünsüz olduğuna əmin olmaq;
- Önəmsiz seçimləri kənara qoymaq əvəzinə onlardan bərk yapışmaq;
- Başqalarına bizim kimi yaşamağı və inanmağı məcbur etməyə çalışmaq;
- Zehnin inkişaf edib, fikirlərin dəyişəcəyini təkzib etmək;
- Hər kəs ancaq özünü sevir. Dost da ona görə sevilir ki, o bizim “Mən”
imizdir. - Dünənki uğurları ilə lovğalananlar bu gün qürurlanacağı heç nəyi
olmayanlardır. - Səndən qorxanı da, sən qorxduğunu da sevə bilməzsən.
- Həyat davam etdikcə, ümid var.
- Çoxlarının acgözlüklə can atdığı hədəflər həmişə mütləq dəyər daşıyıcısı
deyil. - Pis niyyət artıq pislikdir, onun həyata keçirilməsi mütləq deyil.
- Yalnız özünə arxayın olub, tək özündə hamını görən kəs ən xoşbəxt kəsdir.
- Əgər insan hər gün hədəfə nizə atırsa, axır əvvəl ora düşəcək.
- Hətta vəhşi heyvanlar belə aclıqla üzləşəndə adətən yemək verilən məkana
təkrar qayıdırlar. - Cahil cavanlıq yaşlılığa, tükənmiş bədən ötürür.
- İnsan özünü itirmədən özünü tapa bilməz.
- Silah səsləri qanunu susdurur.
- İmperiyanın süqutu yaxınlaşdıqca qanunları ağlasığmaz olur.
- Cəmiyyətin uşaqlara etdiyini, uşaqlar da böyüyüb cəmiyyətə edəcəklər.
- Əgər nəyi isə düşünməkdən utanc duymuruqsa, onu söyləməkdən də
utanmalı deyilik. - Ən məşğul olduğum vaxt asudə zamanlarımda olduğum anlardı.