Nəşr edilmişdir 07/16/2025

Paylaşın

GÜNDƏM

Heyvanlar bitkilərin səsini eşidirlər

Heyvanlar bitkilərin əlverişsiz şəraitə cavab olaraq çıxardığı səsləri eşidə bilirlər.

Baki-baku.az bu barədə BBC Təl-Əviv Universiteti mütəxəssislərinin araşdırmasına istinadən xəbər verir.

Tədqiqatçılar müəyyən ediblər ki, dişi güvələr stres altında olan – məsələn, susuz qalan və bu zaman xarakterik səslər çıxaran pomidor kollarına yumurta qoymaqdan çəkinirlər. Həşəratların məhz səslərə reaksiya verdiyinə əmin olmaq üçün alimlər vizual faktorlara nəzarət etməklə bir sıra laboratoriya təcrübələri aparıblar.

Professor Yosi Yovelin dediyi kimi, bu, heyvanın bitkilərdən gələn səslərə reaksiyası nəticəsində qeydə alınmış ilk davranışıdır. Onun sözlərinə görə, əldə edilən məlumatlar ehtimal etməyə əsas verir ki, heyvanlar bu informasiyadan qərar qəbul etmək – məsələn, bitkini tozlandırmaq, onu yemək və ya sığınacaq kimi istifadə etməklə bağlı qərar üçün istifadə edirlər.

Növbəti mərhələdə komanda bitkilərin öz aralarında “danışa” bilib-bilmədiyini araşdırmağı planlaşdırır – məsələn, quraqlıq barədə xəbərdar etmək və rütubətə qənaət üçün mexanizmi işə salmaq.

Həmçinin xatırladaq ki, 2023-cü ildə tədqiqatçılar bitkilərin zədələndikdə və ya susuz qaldıqda səs çıxardığını aşkar ediblər. O zaman aydınlaşdırıblar ki, söhbət adi mənada başa düşülən hisslərdən deyil, xarici mühitin dəyişməsinə fiziki reaksiyadan gedir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub

Ən son

MEMARLIQ

Bakının da öz “vertikalı” var – elə bir hündürlük ki, hətta göydələnlər də ona baxaraq

MEMARLIQ

Bakının da öz “vertikalı” var – elə bir hündürlük ki, hətta göydələnlər də ona baxaraq