Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/15/2025

Paylaşın

GÜNDƏM

Hərbi məktəbdən Avropanın ən gözəl bulvarına – Bakının sahil hekayəsi – FOTO

Bakının sahil hekayəsi, Dənizkənarı Bulvar

109 il əvvəl bu günkü Dənizkənarı Bulvar ərazisində tamamilə başqa bir mənzərə hökm sürürdü. 1916-cı illərdə burada Bakı Dəniz Aviasiya Zabitləri Məktəbi fəaliyyət göstərirdi. O dövrdə Xəzər dənizi üzərində aviasiya təcrübələri aparılır, hərbi məqsədlər üçün yeni ideyalar sınaqdan keçirilirdi. Məktəb yerləşən bu ərazi həm də şəhərin inkişafında mühüm strateji nöqtə sayılırdı.

Baki-baku.az-ın məlumatına görə, zaman dəyişdikcə həmin sahil yeni sima qazandı. Məktəbin yerini bu gün Avropanın ən gözəl bulvarlarından biri kimi tanınan Bakı Bulvarı və Yaxt Klub əvəz edib.

Artıq burada hərbi səs-küyün, təlimlərin deyil, şəhər sakinlərinin və turistlərin sükutla gəzintiyə çıxdığı, dənizin nəfəsini hiss etdiyi bir mühit hökm sürür.

Tarixi fotolarda məktəbin binaları və gəmi dayanacaqları açıq-aydın görünür. Müasir görüntülərdə isə həmin məkanın böyük dəyişikliklərdən keçərək şəhərin ən sevilən istirahət guşəsinə çevrildiyi aydın olur. Bu dəyişiklik Bakının təkcə memarlıq simasının deyil, həm də sosial həyatının necə inkişaf etdiyini göstərir.

Bu ərazidə əvvəllər yalnız hərbi gəmilər və zabitlərin təlim meydanları vardısa, indi burada “Mini Venesiya”, əyləncə mərkəzləri, yaxt limanı və geniş bulvar parkları şəhərin vizit kartına çevrilib. Beləliklə, bir əsrdən çox əvvəlki hərbi-strateji məkan, bu gün həm şəhərlilər, həm də turistlər üçün dincəlmə və mədəniyyət mərkəzinə çevrilib.

Bu hekayə həm də Bakının keçmişini unutmadan gələcəyə doğru necə dəyişdiyini göstərən gözəl nümunələrdən biridir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Как сообщает Baki-baku.az, в его алфавите всего лишь 12 букв, и все они основаны на латинице

Ən son

GÜNDƏM

109 il əvvəl bu günkü Dənizkənarı Bulvar ərazisində tamamilə başqa bir mənzərə hökm sürürdü.

GÜNDƏM

109 il əvvəl bu günkü Dənizkənarı Bulvar ərazisində tamamilə başqa bir mənzərə hökm sürürdü.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin