Nəşr edilmişdir 01/28/2025

Paylaşın

GÜNDƏM

Hava sabah yağmursuz olacaq

IMG-20250128-WA0101

Azərbaycan ərazisində yanvarın 29-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Baki-baku.az bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80% olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam Muğam Mərkəzində görülən tikinti işləri

Ən son

TARİXİMİZ

Fevralın 18-i Azərbaycan üçün əlamətdar günlərdən biridir. 1881-ci il yanvar ayında “Nobel qardaşları cəmiyyəti” telefon

TARİXİMİZ

Fevralın 18-i Azərbaycan üçün əlamətdar günlərdən biridir. 1881-ci il yanvar ayında “Nobel qardaşları cəmiyyəti” telefon