Nəşr edilmişdir 01/26/2025

Paylaşın

GÜNDƏM

Həftənin ilk iş gününün hava proqnozu açıqlanıb

IMG-20250126-WA0022

Yanvarın 27-də gözlənilən hava şəraiti açıqlanıb.
Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində az çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2025-ci ilin ilk aylarında oxucuların maraq göstərdiyi kitablar müxtəlif janrlara bölünür. Baki-baku.az olaraq bu aylarda 4 dildə ən

Ən son

MEMARLIQ

“Flame Towers” – “Alov qüllələri” Bakı şəhərinin ən hündür binasıdır. Binanın hündürlüyü 190 metrdir. Bu

MEMARLIQ

“Flame Towers” – “Alov qüllələri” Bakı şəhərinin ən hündür binasıdır. Binanın hündürlüyü 190 metrdir. Bu