Astronomiya — paradokslar teatrıdır. Elə bil ki, sutka ilə il bir-biri ilə müqayisəolunmaz anlayışlardır: gün — planetin öz oxu ətrafında fırlanması, il isə onun Günəş ətrafında dövr etməsidir. Amma kainat insanı daim təəccübləndirməyi bacarır! Günəşə ən yaxın planet olan Merkuri bu baxımdan çox qəribə davranır: bir merkuri ili ərzində planet cəmi bir yarım dəfə öz oxu ətrafında fırlanır. Başqa sözlə desək, iki il ərzində cəmi üç “sutka” keçir.
Baki-baku.az xəbər verir ki, məhz buna görə astronomlar Merkuri planetini demək olar ki, “əbədi sübh” planeti adlandırırlar.
Amma Venera daha da irəli gedib. Onun sutkası ilindən daha uzundur! Planet o qədər yavaş fırlanır ki, Günəş ətrafında tam dövr etməyə, öz oxu ətrafında fırlanmaqdan daha tez çatır. Nəticədə, Veneranın təqvimi bizim Yer üzərində öyrəşdiyimiz zaman anlayışlarını alt-üst edir. Kosmosun sirri ondadır ki, burada zaman təkcə adi saat və təqvimlə deyil, eyni zamanda öz, həqiqətən də kosmik qanunları ilə idarə olunur.
Hacı Cavadov