Nəşr edilmişdir 01/17/2025

Paylaşın

GÜNDƏM

Günəşdə iki güclü partlayış baş verib

c7cc3b34-abc7-4548-ab2c-f20c2a0facbb

Dekabrın 17-də Günəşdə sondan əvvəlki güc sinfində olan (M sinfi) iki partlayış baş verib.
Baki-Baku.az bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutuna istinadən xəbər verir.
“Yanvarın 17-də Moskva vaxtı ilə saat 05:11-də (Bakı vaxtı ilə 06:11) rentgen diapazonunda 3964 (N06W24) Günəş ləkələri qrupunda 16 dəqiqə davam edən M1.3 partlayışı qeydə alınıb. Moskva vaxtı ilə saat 06:20-də (Bakı vaxtı ilə 07:20) isə rentgen diapazonunda 3961 (S11E44) ləkə qrupunda 28 dəqiqə davam edən M1.2 partlayışı müşahidə edilib”, – deyə məlumatda bildirilib.
Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının və Rusiya Elmlər Akademiyasının Günəş-Yer Fizikası İnstitutunun saytındakı məlumatlara görə, yanvarın 11-dən Günəşdə M sinifli partlayışlar baş verməmişdi.
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimal A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar adətən Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğalarına səbəb ola bilər.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2025-ci ilin ilk aylarında oxucuların maraq göstərdiyi kitablar müxtəlif janrlara bölünür. Baki-baku.az olaraq bu aylarda 4 dildə ən

Ən son

MEMARLIQ

“Flame Towers” – “Alov qüllələri” Bakı şəhərinin ən hündür binasıdır. Binanın hündürlüyü 190 metrdir. Bu

MEMARLIQ

“Flame Towers” – “Alov qüllələri” Bakı şəhərinin ən hündür binasıdır. Binanın hündürlüyü 190 metrdir. Bu