Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/26/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Gülümsəyin, dişləriniz parlasın – Dişləri təbii ağardan 5 möcüzəvi qida

Dişləri ağardan 5 möcüzəvi qida, Dişlərin ağardılması, Diş

Dişlərin ağardılması üçün kimyəvi üsullara əl atmadan da bəzi təbii qidalarla nəticə əldə etmək mümkündür.

Baki-baku.az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

Rusiyalı stomatoloq-terapevt Pavel Lısenkov diş minasını qoruyaraq təbii ağartmaya kömək edən məhsulların adlarını açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, çiyələk, ananas, süd məhsulları, eləcə də alma və yerkökü kimi gündəlik rasionda yer ala biləcək qidalar dişlərin səthindəki ərpi azaldır və təbii şəkildə parlaq görünməsinə töhfə verir.

“Çiyələkdəki alma turşusu dişlərin səthindəki piqment ləkələrini yumşaq şəkildə azaldır və mina üçün təhlükə yaratmadan ağartma effekti verir,” – deyə Lısenkov bildirib.

Alma və yerkökü də bu baxımdan faydalıdır. Onların tərkibindəki turşular mina üzərindəki ləkələrin miqdarını azaltmaqla yanaşı, diş səthini mexaniki olaraq təmizləyir.

Ananas isə tərkibindəki xüsusi ferment sayəsində diş ərpini aradan qaldırmağa kömək edir. Lakin mütəxəssis qeyd edir ki, bu məhsulların təsiri dərhal hiss olunmur və uzunmüddətli istifadədən sonra nəticə verir.

Stomatoloq süd məhsullarının da diş sağlamlığı üçün əhəmiyyətini vurğulayıb:

“Süd, pendir və qatıq kimi məhsullar ağız boşluğundakı turşu balansını tənzimləyir, bakteriyaların çoxalmasının qarşısını alır, ərpi azaldır və diş minasını gücləndirən kalsium və fosforla zəngindir.”

Bununla yanaşı, Lısenkov bəzi yayğın inanclarla bağlı xəbərdarlıq da edib. O, limonla dişləri sürtməyin təhlükəli olduğunu bildirib:

“Limon turşusu diş minasını aşındıraraq onu zəiflədir, həssaslığı artırır və kariyes riskini yüksəldir. Bu üsuldan qəti şəkildə çəkinmək lazımdır.”

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində icra olunan layihə artıq yekunlaşmaq üzrədir.

Ən son

GÜNDƏM

Bakının Tbilisi prospektinin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində yeni layihənin icrasına başlanılır.

GÜNDƏM

Bakının Tbilisi prospektinin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində yeni layihənin icrasına başlanılır.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin