Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/17/2026

Paylaşın

GÜNDƏM

Gülşən Rzayeva: Azərbaycanda mənzil təminatı sosial siyasətin əsas istiqamətlərindən biridir

Gülşən Rzayeva, WUF, World Urban Forum, Dünya Şəhərsalma Forumu

Azərbaycanda mənzil təminatı sosial siyasətin prioritet istiqamətlərindən biri hesab olunur və ölkədə həyata keçirilən genişmiqyaslı tikinti və şəhərsalma layihələrinin əsasını təşkil edir. Qarabağ və digər işğaldan azad olunmuş ərazilərin bərpasından sonra Azərbaycan öz müasir tarixinin ən böyük yenidənqurma və məskunlaşma proseslərindən birini həyata keçirir.

Baki-baku.az xəbər verir ki, bu fikirləri WUF13-ün milli koordinatorunun müavini Gülşən Rzayeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ilk günündə “Hər kəs üçün münasib mənzil” mövzusuna həsr olunmuş tematik panellərin açılışında səsləndirib.

O bildirib ki, şəhərlərin yenidən qurulması, icmaların bərpası və yeni yaşayış mühitlərinin formalaşdırılması istiqamətində genişmiqyaslı işlər görülür. Onun sözlərinə görə, bu yanaşmada mənzil yalnız insanların əsas ehtiyaclarından biri kimi deyil, həm də qayıdışın təmin olunması, sabitliyin möhkəmləndirilməsi və uzunmüddətli inkişafın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir.

Azərbaycan nümayəndəsi şəhərsalma və mənzil məsələlərinin müzakirəsi üçün belə mühüm platforma yaratdığına görə BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) təşəkkürünü ifadə edib. Qeyd olunub ki, UN-Habitat ilə sıx əməkdaşlıq və WUF13-də iştirak edən tərəfdaşların qətiyyətli mövqeyi dialoq mərhələsindən praktik fəaliyyət mərhələsinə keçid üçün mühüm imkanlar yaradır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Boliviya və İslandiya istisna olmaqla, dünya üzrə digər ölkələrin dövlət qurumlarında qadınların payı orta hesabla 26 faiz təşkil

Ən son

GÜNDƏM

Moldovanın nüfuzlu “Noi.md” xəbər portalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) haqqında məqalə

GÜNDƏM

Moldovanın nüfuzlu “Noi.md” xəbər portalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) haqqında məqalə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin