Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/16/2026

Paylaşın

GÜNDƏM

Güclü küləklə əlaqədar Bakıda 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb – Briqadalar gücləndirilmiş rejimdədir

IMG-20261116-WA0024

Bakıda ötən gündən etibarən müşahidə olunan güclü külək gecəboyu davam edib.

Baki şəhər İcra Hakimiyyətindən Baki-baku.az-a bildirilib ki, bununla əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirirlər.

Birlikdən verilən məlumata görə, sentyabrın 15-i axşam saatlarından başlayaraq əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin növbətçi briqadaları hadisə yerlərinə operativ şəkildə cəlb olunub. Sınmış ağaclar və qırılmış budaqlar xüsusi texnika və əməkdaşların köməyi ilə ərazilərdən götürülüb, ətrafda təmizlik işləri aparılıb. Hadisələrin qeydə alındığı ərazilərdə piyadaların və nəqliyyat vasitələrinin hərəkətinə maneə yarada biləcək qalıqların aradan qaldırılması təmin edilib.

Qeyd edək ki, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirir, güclü küləkli hava şəraitinin davam etməsi ehtimalı nəzərə alınaraq Birliyin əməkdaşları şəhərin yaşıllıq ərazilərində nəzarət və monitorinq tədbirlərini həyata keçirirlər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Azərbaycan Pavilyonunu ziyarəti zamanı Aktotı Raimkulova COP31-də iştirakı ilə bağlı müsahibə

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Azərbaycan Pavilyonunu ziyarəti zamanı Aktotı Raimkulova COP31-də iştirakı ilə bağlı müsahibə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin