Axşam saatlarından Bakıda əsən güclü külək nəticəsində Yasamal rayonu, İnşaatçılar prospektində ağacaşma hadisəsi qeydə alınıb.
Baki-baku.az xəbər verir ki, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları günün istənilən saatından asılı olmayaraq gücləndirilmiş iş rejimində paytaxtın bütün ərazilərini nəzarətdə saxlayır. Belə ki, Birliyin əməkdaşları operativ şəkildə dərhal əraziyə yollanıb, aşan ağaclar kəsilərək ərazi təmizlənib.
Qeyd edək ki, hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir.