Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/26/2025

Paylaşın

HƏR ŞEYDƏN

Gildən ekrana: yazı və elm ötürülməsinin təkamülü

Yazı və elm, Gil lövhə, Yazı, Elm

İnsanlıq tarixi – ifadə və elm ötürülmə vasitələrinin inkişaf tarixidir. Əvvəllər insanlar daş üzərində şəkillər çəkirdilər, sonra isə gil lövhələr meydana çıxdı, onlarda sövdələşmələr, dualar və mühüm hadisələr qeyd olunurdu. Hamımız tarixdəki ilk “kağız” olan papirusu bilirik. Bəs siz ilk çap və ya müasir kitaba bənzəyən ilk kitab haqqında eşitmisinizmi?

IX əsrdə Çində “Almaz Sutrası” adlı buddist mətn çap olundu — bu, taxtadan oyulmuş bloklarla uzun svitlər şəklində çap edilən ilk tarixli çap kitabıdır. Proses belə baş verirdi:

Kalliqraf mətni yazırdı, sonra bu yazı üz tərəfi aşağı olmaqla taxta lövhəyə yapışdırılırdı.

Usta artıq hissələri oyur, yalnız hərfləri relyef kimi qaldırırdı.

Taxtaya mürəkkəb çəkilir, kağız üzərinə qoyulur və diqqətlə sıxılırdı — beləliklə dəqiq çap alınırdı.

Beləcə ayrı-ayrı səhifələr yaradılır, sonra onlar birləşdirilərək beş metrdən uzun svitkə çevrilirdi!

Kitabın ön sözündə belə deyilir:

“Hamıya azad şəkildə yayılması üçün fədakarlıqla çap olunub” — bu, valideynlərin xatirəsinə edilən ianəyə işarədir və məhz bu sayədə çapın dəqiq tarixi müəyyən olunub.

Bu gün “Almaz Sutrası” Londonda yerləşən Britaniya Kitabxanasında saxlanılır. O, 1907-ci ildə Min Budda mağarasında (Dunxuan) tapılıb və Qutenberqin çap dəzgahından 600 ildən çox əvvəl yaranmış ilk kütləvi çap olunmuş dini mətn hesab olunur.

“Almaz” adı müdrikliyi simvolizə edir — almaz necə ki hər şeyi kəsir, amma özü zədələnmir, eləcə də bu mətn illüziyaları parçalaya bilən mənəvi biliyin gücünü təmsil edir.

Gil lövhə, Yazı, Elm

Bəs bizim alışdığımız formada kitab necə meydana çıxdı?

Müasir kitablardan əvvəl məlumat uzun kağız və ya perqament lentlərinə yazılır, sonra bunlar rulon halına gətirilərək svitkə çevrilirdi. Lakin artıq bizim eranın I əsrində format dəyişməyə başladı.

Kodeks — yəni ayrı-ayrı səhifələrdən və cilddən ibarət kitab forması — haqqında ilk qeyd Roma şairi Marçial tərəfindən edilmişdir. O, yeni yazı formasından həyəcanla danışaraq onun bir əllə rahat tutulduğunu qeyd edirdi. Qaba müsvətkələrdən fərqli olaraq kodeks daha kompakt və praktik idi: səhifələr çevrilə bilər, hər iki tərəfə yazmaq, işarələr qoymaq mümkün idi.

Kodeks formatı xüsusilə erkən xristianlar arasında sürətlə yayıldı. Artıq III–IV əsrlərdə onlar Bibliya və digər dini mətnləri köçürmək üçün geniş şəkildə kodeksdən istifadə edirdilər. Bu da yeni kitab formasının Roma imperiyasında yayılmasına təkan verdi. Ən məşhur qədim kodekslər arasında IV əsrə aid Codex Sinaiticus və Codex Vaticanus bu günədək gəlib çatıb.

Məhz kodeks forması bütün gələcək kitabların — orta əsr əlyazmalarından tutmuş müasir nəşrlərə qədər — əsasını təşkil etdi.

Hər yeni addımla bilik ötürülməsi daha sürətli, daha ucuz və daha əlçatan oldu. Növbəti böyük sıçrayış XV əsrdə Qutenberqin çap dəzgahının ixtirası ilə baş verdi. Artıq kitablar onlarla, yüzlərlə nüsxədə çap edilə bilirdi. Bu inqilab nə məbədlərdə, nə saraylarda başladı — sadə insanların evlərində, dükanlarda və gündəlik həyatda doğuldu.

Gil lövhə, Yazı, Elm

Eyni şey kompüterlərlə də baş verdi: əvvəlcə onlar həvəskarların evlərində göründü, sonra ofislərdə və məktəblərdə yayıldı, indi isə demək olar hər kəsin cibindədir. Bu gün biz yenidən texnoloji inqilab yaşayırıq.

Uşaqlar artıq əllə yazmaqdan daha sürətli şəkildə klaviaturada yaza bilirlər. Xətt artıq təhsil göstəricisi sayılmır — müəllimlər daha çox fikrin məzmununa diqqət yetirirlər, kalliqrafiyaya yox. Necə ki bir zamanlar gil lövhələr yerini svitklərə, svitklər isə kodekslərə verdi, bu gün kağız yavaş-yavaş yerini klaviaturalara, ekranlara və səsli yazıya verir.

Hər nəsil düşünür ki, nəyisə əbədi itirir, amma əslində biz sadəcə yeni üsulları öyrənirik. Düşünməkdən vaz keçmirik — bunu daha sürətli, geniş və çevik etməyi öyrənirik. Axı gələcək, düşüncələrimizi necə ifadə etdiyimizlə başlayır — sözlərlə, işarələrlə, simvollarla, fərq etməz, gil üzərində, kağızda, ya da ekranda.

Ayna Bəxtiyar

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Вода - это память, носитель энергии прошлого.

Ən son

ОБО ВСЕМ

Когда Луна находится у горизонта, наблюдатель видит её в несколько раз больше, чем когда она

ОБО ВСЕМ

Когда Луна находится у горизонта, наблюдатель видит её в несколько раз больше, чем когда она
Facebook
X (Twitter)
LinkedIn
Email