Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/12/2026

Paylaşın

GÜNDƏM

Gənc Tamaşaçılar Teatrında yeni tamaşa olacaq

Gənc Tamaşaçılar Teatrı

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Nikolay Qoqolun “Evlənmə” pyesi əsasında hazırlanan “Evlilik” tamaşasının oxunuş məşqlərinə başlanılıb.

Baki-baku.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Elşad Rəhimzadə, quruluşçu rəssamı Elmira Üzeyirova, rejissor assistenti Fuad Cavadzadə, xoreoqraf Ceyhun Dadaşovdur.

Tamaşada Xalq artistləri Yasin Qarayev, Nübar Novruzova, Naibə Allahverdiyeva, Əməkdar artistlər Şəfəq Əliyeva, Nofəl Vəliyev, Leyli Vəliyeva, Elnur Bəhramxan, Rasim Cəfər, aktyorlar Zemfira Əbdülsəmədova, Günel Məmmədova, Ramil Məmmədov, Elşən Hacıbabayev, Elgün Yəhyayev, Hökümə Rəhimzadə, Hilal Dəmirov, Xaliq Bəkirov, İmdad Tofiqoğlu, Nuriyyə Əliyeva, Mehriban Hüseynova, Mətləb Abuşov iştirak edirlər.

Səhnə əsəri ömrünü səmərəsiz keçirən insanların həyatından bəhs edir. Acınacaqlı, maraqsız günlər yaşaysn qəhrəmanlar qərara gəlirlər ki, həyatı rəngarəng etməyin ən asan yolu evlənməkdir. Yaşı ötmüş kiçik məmur İvan Kuzmiç Podkolyosin evlənmək, tacir qızı Aqafya Tixonovna ərə getmək istəyir. Aradüzəldən Fyokla İvanovna isə pul qazanmaq üçün vəzifə borcunu yerinə yetirməyə çalışır. Qoqol bu əsərdə insanın insana qayğısından, ülvi bir hiss olan məhəbbəti oyuncağa çevirməyin acı nəticələrindən bəhs edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ramazan bayramı ilə bağlı fətva verilib.

Ən son

GÜNDƏM

Martın 23-dən Bakının Binəqədi qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 41 nömrəli müntəzəm marşrutda

GÜNDƏM

Martın 23-dən Bakının Binəqədi qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 41 nömrəli müntəzəm marşrutda
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin