Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/28/2026

Paylaşın

GÜNDƏM

Gənc Tamaşaçılar Teatrında Anım Günü münasibətilə “İnanıram” adlı tamaşa nümayiş olunub

“İnanıram”, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı, Anım Günü

27 sentyabr Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Anım Günü münasibətilə Vətən müharibəsinə həsr olunan “İnanıram” adlı tamaşa nümayiş olunub.

Baki-baku.az xəbər verir ki, tamaşadan əvvəl torpaqlarımızın azad edilməsi uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tamaşanın nümayişinə başlanılıb.

Ülviyyə Heydərovanın “İnanıram” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti isə Sona Mustafayevadır. Səhnə əsərində ana obrazını Zemfira Əbdülsəmədova canlandırır.

Səhnə əsəri müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir.
Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək başına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. O, həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının çox bəhs etdiyi ağacı tanımadan şəhid olur. Artıq qadının bu dünyada sadəcə bir sığınacağı var – yamacdakı tək ağac. Son dəfə ağacı görmək və məhz burada intihar etmək üçün qadın işğaldan azad olunmuş yamaca qayıdır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.

Ən son

GÜNDƏM

Bu ilin yanvar–avqust aylarında Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 335,6 milyon sərnişin səfəri həyata

GÜNDƏM

Bu ilin yanvar–avqust aylarında Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 335,6 milyon sərnişin səfəri həyata
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin