Nəşr edilmişdir 12/27/2024

Paylaşın

İQTİSADİYYAT

Gələn il dövlət büdcəsindən televiziya, radio və nəşriyyata nə qədər vəsait ayrılacaq?

radio və nəşriyyata

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən televiziya, radio və nəşriyyata 67,8 milyon manat ayrılacaq.
Baki-baku.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2025-ci ilin büdcəsi dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb.
Sənədə əsasən, ayrılan vəsait 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 0,2 % çoxdur.
O cümlədən, gələn il büdcədən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə 42,6 milyon manat maliyyə yardımı nəzərdə tutulub ki, bu da 2024-cü ilə nisbətən eynidir.
İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə yardımı isə 0,1 % artırılaraq 21,8 milyon manata çatdırılıb.
Gələn il “Azərbaycan Nəşriyyatı” MMC-yə büdcədən ayırmalar da bu illə müqayisədə eyni – 2,4 milyon manat olacaq.
“Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinə büdcədən ayırmalar isə 0,95 % artırılaraq 0,7 milyon manata çatdırılıb.
Gələn il Mədəniyyət Nazirliyinin media fəaliyyəti üçün isə büdcədə bu ilə nisbətən eyni məbləğdə – 0,3 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qlobal ticarət marşrutlarında sürətli dəyişikliklər və artan nəqliyyat çətinlikləri şəraitində Azərbaycan, Avrasiya regionunun əsas nəqliyyat mərkəzi olaraq öz

Ən son

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan hava şəraiti davam edəcək və küləyin sürəti

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan hava şəraiti davam edəcək və küləyin sürəti