Nəşr edilmişdir 02/06/2025

Paylaşın

GÜNDƏM

Gənclər Kitabxanasında yazıçı Xanım Aydının kitablarının təqdimatı olub

Xanım Aydının kitablarının təqdimatı

Respublika Gənclər Kitabxanasında şair, yazıçı, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanım Aydının nəzm və nəsr nümunələrindən ibarət “İkimiz” və “Çamadan” kitablarının təqdimatı olub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təqdimat mərasimində çıxış edən kitabxananın direktoru Aslan Cəfərov əsərlərdə səmimiyyət, insanın ən dərin, həssas duyğularının əks olunduğunu deyib.

Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyev müəllifin geniş və çoxşaxəli yaradıcılığı haqqında danışaraq, onun dərin məzmunlu əsərləri Azərbaycan dilinə tərcümə etdiyini diqqətə çatdırıb.

Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə Xanım Aydının şair təbiətli nasir olduğunu söyləyərək, onun “Sərçə”, “Rəngbərəng kəpənəklər” hekayələrində hər bir oxucunun qəlbini riqqətə gətirəcək həssas məqamlara toxunduğunu, həmçinin uzun illər müəllif ilə əməkdaşlıq etdiyini dilə gətirib.

“Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs müəllif ilə ilk tanışlığından söz açıb, şairin şeirlərinin bitkin nəzm nümunələri olduğunu deyib.

Azərbaycan Prezidentinin İşlər İdarəsinin siyasi sənədlər arxivinin şöbə müdiri Lamiyə Həsənova, Respublika “Xatirə Kitabı” Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, “Azərbaycan” jurnalının baş redaktor müavini Südabə Ağabalayeva, Əməkdar jurnalist Zemfira Məhərrəmli, yazıçı Yunus Oğuz, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Lilpar, AzTV-nin əməkdaşı, yazıçı-publisist Təranə Bakirqızı və digərləri Xanım Aydının uğurlu fəaliyyəti barədə fikirlərini bölüşüblər.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan

Ən son

GÜNDƏM

Bakı şəhərində yeni park salınır.Baki-baku.az xəbər verir ki, park keçmiş “Şuşa” restoranı və keçmiş “Şəhriyar”

GÜNDƏM

Bakı şəhərində yeni park salınır.Baki-baku.az xəbər verir ki, park keçmiş “Şuşa” restoranı və keçmiş “Şəhriyar”