Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/23/2026

Paylaşın

GÜNDƏM

Fuad Muradov Dublində Azərbaycan icması ilə görüşüb

IMG-20260523-WA0039

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İrlandiyanın paytaxtı Dublində Azərbaycan icması ilə görüşüb.

Bu barədə Baki-baku.az-a Dövlət Komitəsindən məlumat verilib.

28 May – Müstəqillik Günü ərəfəsində baş tutan görüşdə çıxış edən komitə sədri dünya azərbaycanlılarının vahidliyini təmin edən Koordinasiya Şuralarının, Azərbaycan Evlərinin, habelə həftəsonu Azərbaycan məktəblərinin fəaliyyətinə, komitənin kommunikasiya siyasətinə toxunub, İrlandiyada yaşayan azərbaycanlıların diaspor işindəki aktivliyini yüksək qiymətləndirib.

İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni Makkormak, Azərbaycan Respublikasının İrlandiyadakı ilk fəxri konsulu Terri Leyden, Türkiyə Respublikasının İrlandiyadakı Səfirliyinin ikinci katibi Pınar Çetin ölkələr arasındakı əlaqələrin inkişafını və Azərbaycan diasporunun təcrübəsini müsbət qiymətləndirib, interaktiv, məhsuldar şəraitdə keçən görüşdən xoş təəssürat qazandıqlarını dilə gətiriblər.

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin birinci katibi Eltay Aslanov soydaşlarımızla görüşü yüksək qiymətləndirib, İrlandiyada icmalaşma prosesinin sürətləndiyini bildirib.

İrlandiyada fəaliyyət göstərən “Anna və Əşrəf” musiqi məktəbinin təsisçisi Əşrəf Tağıyev İrlandiyadakı soydaşlarımızın gördüyü işlərdən danışıb, Azərbaycanın zəngin mədəni irsinin, incəsənətinin yerli cəmiyyətə tanıdılmasında bu ölkədəki icmanın mühüm rol oynadığını bildirib.

Görüşdə diaspor fəaliyyətindəki təcrübələr və ortaq hədəflər ətrafında konstruktiv fikir mübadiləsi aparılıb, iştirakçılar perspektivə dair təklif və suallarını səsləndiriblər.

Daha sonra İrlandiya Azərbaycanlıları Koordinasiya Şurasının yeni koordinatoru seçilib.

Görüş 28 May – Müstəqillik Gününə həsr edilən bədii hissə ilə yekunlaşıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu sözləri WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin

Ən son

GÜNDƏM

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İrlandiyanın paytaxtı Dublində Azərbaycan icması ilə görüşüb.

GÜNDƏM

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İrlandiyanın paytaxtı Dublində Azərbaycan icması ilə görüşüb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin