Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/19/2025

Paylaşın

GÜNDƏM

Formula-1 günlərində xidmət göstərmək üçün ümumilikdə 22 briqada ayrılıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (Baku City Circuit) ilə əməkdaşlıq çərçivəsində sentyabrın 18-21-dək “Formula-1 Qatar Airways Azərbaycan Qran-prisi 2025″də tibbi xidmətə ehtiyac yaranacağı hallar üzrə xidmətin təşkili tam təmin olunub.
Bu barədə Baki-baku.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, yarış xətti boyunca iştirakçılara, “Formula-1” çərçivəsində xidmət göstərən şəxslərə, eləcə də tamaşaçılara təcili və təxirəsalınmaz tibbi xidmətin tələb olunduğu hallarda, eyni zamanda yarışlar səbəbilə giriş-çıxışı məhdudlaşdırılmış ərazidə yaşayan əhali üçün təcili və təxirəsalınmaz tibbi yardım postları qurulub.
Yarışlar dövründə xidmət göstərmək üçün ümumilikdə 22 briqada ayrılıb.
Həmçinin “Formula-1” yarışlarında yaradılan tibb məntəqələrində Bakı Baş Səhiyyə Mərkəzinin nəzdindəki tibb müəssisələrindən 28 həkim-mütəxəssis və tibb bacısı fəaliyyət göstərir.
Tibb məntəqələri reanimasion çarpayı, süni tənəffüs aparatı, kardiomonitor, USM, EKQ, anesteziya aparatı və digər müxtəlif təyinatlı cihaz avadanlıqlar, habelə zəruri dərman, müalicə vasitələri, sərf materialları, təcili və təxirəsalınmaz tibbi yardım çantaları ilə tam təmin olunub.
Yarış müddətində tibbi xidmətin təşkili istiqamətində gücləndirilmiş iş rejimində fəaliyyətə dair TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Yeni Klinika, Xətai Tibb Mərkəzi, Nərmanov Tibb Mərkəzi və Sabunçu Tibb Mərkəzinin rəhbərliklərinə müvafiq tapşırıqlar verilib.
Təhkim olunan bütün tibb işçiləri saat 08:00-dan 00:00-a qədər növbəli xidmət göstərir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Для читателей Baki-baku.az я собрала подборку альтернативных приложений

Ən son

HƏR ŞEYDƏN

Müasir məktəblilərin çoxsaylı problemləri var. Uşaqlarımız düşündüyümüzdən daha çox hallarda özlərini bədbəxt hiss edirlər.

HƏR ŞEYDƏN

Müasir məktəblilərin çoxsaylı problemləri var. Uşaqlarımız düşündüyümüzdən daha çox hallarda özlərini bədbəxt hiss edirlər.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin