Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/17/2026

Paylaşın

GÜNDƏM

Fərhad Hacıyev: Azərbaycan postmünaqişə mərhələsində 9 şəhərin yenidən qurulmasını həyata keçirir

WUF13, Gənclər və İdman Nazirliyi, Fərhad Hacıyev, BMT, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası, Uşaq və Gənclər Assambleyası

Azərbaycanda dayanıqlı şəhərsalma siyasətinin tərkib hissəsi olaraq gənclərin inkişafına xüsusi önəm verilir.

Xüsusilə Şuşa və Lənkəran kimi bölgələrdə gənclərin potensialının artırılmasına yönəlmiş proqramlar geniş miqyasda icra olunur.

Baki-baku.az xəbər verir ki, bu fikirləri gənclər və idman nazirinin müavini Fərhad Hacıyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan Uşaq və Gənclər Assambleyasında çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, belə mötəbər beynəlxalq platformada gənclərin əsas müzakirələrin mərkəzində yer alması xüsusi qürur hissi doğurur.

Nazir müavini vurğulayıb ki, əsas məqsəd gənclər və uşaqlar üçün sabit həyat şəraiti, keyfiyyətli təhsil və təhlükəsiz yaşayış imkanlarının təmin olunmasıdır. Onun sözlərinə görə, dünyada milyonlarla uşaq və gənc hələ də mənzil, təhsil və digər əsas imkanlardan məhrum şəraitdə yaşayır.

“Qarabağ və Şərqi Zəngəzurda biz təkcə yollar və infrastruktur inşa etmirik, eyni zamanda gənclər üçün yeni imkanlar, inkişaf perspektivləri və daha əlverişli yaşayış mühiti yaradırıq. Azərbaycan postmünaqişə dövründə 9 şəhərin yenidən qurulmasını həyata keçirərək dayanıqlı və inklüziv gələcək formalaşdırmağa çalışır”, – deyə Fərhad Hacıyev bildirib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) bu il oktyabrın 6-da Bakıda keçiriləcək Almaniya-Azərbaycan Bağlantı Konfransının əsas müzakirə

Ən son

HƏR ŞEYDƏN

Vyetnamın mərkəzində fantastik filmin dekorasiyalarını xatırladan, lakin tamamilə real olan bir məkan yerləşir.

HƏR ŞEYDƏN

Vyetnamın mərkəzində fantastik filmin dekorasiyalarını xatırladan, lakin tamamilə real olan bir məkan yerləşir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin