Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/21/2026

Paylaşın

GÜNDƏM

Fariz Əzizov: Ziya Bünyadov prospektinə paralel çəkilən yol layihəsinin 50 faizi icra olunub

IMG-20260521-WA0082

Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel şəkildə “Koroğlu” metro stansiyasına qədər uzanacaq yeni avtomobil yolu layihəsi üzrə işlərin təxminən 50 faizi tamamlanıb.

Baki-baku.az xəbər verir ki, bu fikirləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin İnstitusional inkişaf məsələləri üzrə müşaviri Fariz Əzizov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Bakı Baş Planı – Yeni inkişaf dövrünə” mövzusunda keçirilən sessiyada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində 4 tunel, yeraltı piyada keçidi və alternativ şərq-qərb şəhər əlaqələrinin yaradılmasına xidmət edən fasiləsiz hərəkət həlləri nəzərdə tutulur.

“Layihə Heydər Əliyev prospekti və Ziya Bünyadov prospekti üzərindəki nəqliyyat yükünü azaltmaqla yanaşı, şəhərin müxtəlif hissələri arasında mobillik balansının yaxşılaşdırılmasına xidmət edəcək.

Hazırda agentlik tərəfindən ümumilikdə 26 iri yol infrastrukturu layihəsi həyata keçirilir və onlardan bir neçəsində aktiv tikinti işləri aparılır. Strateji əhəmiyyət daşıyan layihələrdən biri Bilgəh–Novxanı–Pirşağı–Sumqayıt avtomobil yoludur. Bu layihə M1 Bakı–Quba magistral yolunu M4 Bakı–Şamaxı magistralı ilə birləşdirəcək və regional nəqliyyatın şəhər mərkəzinə daxil olmadan hərəkət etməsinə imkan yaradacaq. Layihə Abşeronun şimal-şərq yaşayış məntəqələrində yaşayan sakinlərin və logistik yük axınlarının mərkəzi Bakıya daxil olmadan şimal və qərb istiqamətlərinə çıxışını təmin edəcək. Bu yanaşma nəqliyyat sıxlığının azalmasına, logistikanın sürətlənməsinə, vaxt itkisinin minimuma endirilməsinə və paytaxt üzərində ekoloji yükün azalmasına töhfə verəcək”, – deyə Fariz Əzizov bildirib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu fikirləri xarici işlər nazirinin müavini Yalçın Rəfiyev World Urban Forum 13 çərçivəsində keçirilən

Ən son

GÜNDƏM

Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel şəkildə “Koroğlu” metro stansiyasına qədər uzanacaq yeni avtomobil

GÜNDƏM

Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel şəkildə “Koroğlu” metro stansiyasına qədər uzanacaq yeni avtomobil
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin