Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/18/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Eyni evdə xəstə ilə yaşayanlar üçün tövsiyələr: Necə qorunmalı?

Xəstə ilə yaşayanlar, Xəstə, İnfeksiya

Mütəxəssislər bildirirlər ki, virus infeksiyası keçirən şəxslə eyni evdə yaşayanlar müəyyən gigiyena və qoruyucu qaydalara əməl etməklə yoluxmadan qoruna bilərlər.

Baki-baku.az-ın məlumatına görə, əgər evdə ikinci otaq varsa, xəstəni orada yerləşdirmək və ünsiyyəti minimuma endirmək məsləhət görülür.

İmkan daxilində yardım və ünsiyyət qapı arxasından edilməlidir. Xüsusilə yaxın təmasda, üz-üzə uzun danışıq zamanı yoluxma riski artır, buna görə də bu cür vəziyyətlərdən çəkinmək lazımdır.

İkinci otaq olmadığı halda da xəstəni müəyyən qədər izolyasiya etmək, mümkün qədər ayrı saxlamaq tövsiyə olunur. Sağlam ailə üzvlərinə isə maskadan istifadə etmək, burun boşluğunu qoruyan nazal filtr və ya digər qoruyucu vasitələrdən istifadə etmək, yəni selikli qişaların müdafiəsini təmin etmək məsləhət görülür.

Mütəxəssislərin fikrincə, bu sadə addımlar gündəlik həyat tərzinə tətbiq edildikdə yoluxma riskini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.

Bundan əlavə, havalandırmaya diqqət etmək, tez-tez əl yumaq, fərdi gigiyena qaydalarına riayət etmək və immuniteti gücləndirən qidalanmaya üstünlük vermək də vacibdir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarına oktyabrın 30-da axşam saatlarında Zabrat-Pirşağı sahəsindən keçərkən daş atılıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin