Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/11/2026

Paylaşın

TARİX

Ərəfat – Adəm Peyğəmbərlə Həvva ananın görüşdüyü, Peyğəmbərin “Vida xütbəsi”nin irad  olunduğu müqəddəs məkan

Abbasi xəlifəsi Harun ər-Rəşidin xanımı Zibeydə xatun tərəfindən yapılan  məhşur Ayn-i Zübeydə su kəməri sayəsində hacılar  bu müqəddəs məkanda su qıtlığı çəkmirlər

Həcc ibadətinin əsas məqamının yerinə yetirildiyi Ərəfat dağının bərqərar olduğu Ərəfat adının hardan gəldiyi, necə yarandığı, “Cəbəlü-Rahme”ni (Rəhmət dağı) və Peyğəmbər əleyhissalamın “Vida xütbəsi”ni irad etdiyi məkanın xatirəsini yaşadan Məscidi-Nəmirə barədə əldə olunan məlumatlardan bəlli olur ki,  Məkkəyə 21 km məsafədə yerləşən Ərəfatın mənası bilmək , tanımaq, anlamaq kimi gözəllikləri özündə ehtiva edir. “Ərafe” kökündən gəldiyi məlum olur. Adın əsas mahiyyyəti ilə bağlı həm də fərqli rəvayətlər vardı. Bulardan birinə görə Adəm  Peyğəmbərlə Həvva anamız yer üzünə endikdən sonra burada görüşüblər. Digər bir rəvayətə görə isə Cəbrail əleyhissalam İbrahim Peyğəmbərə həccin harada və necə yapılmasını anlatdıqdan sonra Ərəfata gəldikdə Peyğəmbər əleyhissalama “Arəftə” ,  yəni “Anladınmı, tanıdınmı?”  deyə xəbər alıb. O da cavabında  “Areftu” , yəni “Anladım, tanıdım” deyə cavab verib. Bu səbəbdən də bölgə Ərafat, dağ isə Ərafat adlandırılıb.  13, 7 kvadrat kilometr ərazini əhatə edən Harəm sınırından kənarda, Hill bölgəsində yer alan bu məkan müqəddəslik ünvanına çevrilir.  Peyğəmbər Əleyhissalamın “Həcc Ərafatdır!” nidası ilə  Ərəfatın Həcc ziyarətinin önəmli məkanına çevrilir.

Peyğəmbər əleyhissəlam Ərəfat ibadətini Cəbəlü-Rahmenin ətəyində etmişdir

Ərəfatın Şimal istiqamətində yer alan, xalq arasında “Ərəfat dağı” olaraq qəbul edilən,  70 metr yüksəklikdə yerləşən Cəbəlü-Rahme – Rəhmət dağı yüz illərdir hacıların və hacı xanımların ziyarət etdiyi müqəddəslikdir.   Əldə olunan məlumatlardan bəlli olur ki, Peyğəmbər əleyhissəlam “Vida Həcci” zamanı Ərəfat ibadətini Cəbəlü-Rahme – Rəhmət dağının ətəyində üzü qibləyə duraraq etmişdir. Bu səbəbdən də Ərəfat dağının zirvəsində olan İşarə sütunu yüz illərdir ziyarətçilərin  sevgi ilə varmaq istədikləri  müqəddəslikdir.  Rəvayətlərə görə bura  həm də Adəm Peyğəmbərlə Həvva ananın görüşdüyü yer, müqəddəs məkan olaraq qəbul edilir.

Ərəfatın baş tərəfində mövcud olan Məscidi-Nəmirə isə  Həcc ziyarətinin önəmli məkanlarından biridir

Cəbəlü-Rahmenin ətəyində mövcud olan bir gözəllik də var: qədim su quyuları və ovdanlar. Onlar əsrlərdir ki, zəvvarların su ehtiyacını ödəmək üçün qurulan su təchizatı sistemlərinin üzərində yerləşir. Abbasi xəlifəsi Harun ər-Rəşidin xanımı Zibeydə xatun tərəfindən yapılan  məhşur Ayn-i Zübeydə su kəməri sayəsində hacılar  bu müqəddəs məkanda su qıtlığı çəkmirlər.

Ərəfatın baş tərəfində mövcud olan Məscidi-Nəmirə isə  Həcc ziyarətinin ən önəmli məkanlarından biridir. Peyğəmbər əleyhissalam Həcc vidası zamanı onun üçün tükdən hörülən çadırda hüzur bulub dincəlmiş, sonra isə Urani vadisində insanlara məhşur “Vida xütbəsini” bəyan etmiş, daha sonra isə günorta və ikindi namazlarını qılmış,   onlarla birlikdə  Ərəfat duasını tutmuş , onun üçün sevgiylə toxunan məkana – Məscidi-Nəmirəyə dönmüşdür.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da paytaxtın Qaradağ rayonunda “Fabriora Group” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, tədbir Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulovanın moderatorluğu

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, tədbir Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulovanın moderatorluğu
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin