Nəşr edilmişdir 01/06/2025

Paylaşın

GÜNDƏM

Ən çox sevilən kinoların siyahısı açıqlanıb

IMDB dünya kinolarına dair məlumat bazası bütün zamanların ən yaxşı 250 filminin siyahısını dərc edib.
Baki-Baku.az xəbər verir ki, bu reytinq onun rəsmi saytının milyonlarla istifadəçisinin səsvermələrinin nəticələrinə əsaslanır.
Tamaşaçıların əksəriyyətinin fikrincə, birinci yerdə Frenk Darabontun Stiven Kinqin romanı əsasında çəkdiyi “Şouşenkdən qaçış” (ing. The Shawshank Redemption) trilleri olub.
İlk onluğa Frensis Ford Koppolanın “Xaç atası” (ing. The Godfather), Kristofer Nolanın “Qara cəngavər” (ing. The Dark Knight) , Koppolanın “Xaç atası” II hissə, Sindi Lümetin “12 qəzəbli kişi” (ing. “12 Angry Men”), Piter Ceksonun “Üzüklərin hökmdarı: Kralın qayıdışı” (ing. The Lord of the Rings: The Return of the King), Stiven Spilberqin “Şindlerin siyahısı” (ing. Schindler’s List), Kventin Tarantinonun “Kriminal qiraət” (ing. “Pulp Fiction”), Piter Ceksonun “Üzüklərin Hökmdarı: Üzük Qardaşlığı” (ing. The Lord of the Rings: The Fellowship of the Ring), Serco Leonenin “Yaxşı, Pis və Çirkin” (ing. (The Good, The Bad and The Ugly”) filmləri daxil olub.
Beləliklə, italiyalı müəllif Leone bu reytinqdə adı keçən ilk qeyri-amerikalı rejissor olub.
Bu reytinqdə yer alan ilk cizgi filmi yapon klassiki Hayao Miyadzakinin “Ruhlarla sovrulanlar” (ing. “Spirited Away”) filmidir (32-ci yer). Sonrakı yerdə Rocer Allers və Rob Minkoffun “Kral Şir” (ing. “The Lion King”) olub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Prezident İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibəsində Azərbaycanda sosial sahədə atılan addımlardan danışıb. Baki-baku.az xəbər verir ki,

Ən son

Blog

Biz üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytara bilmişik. On mindən çox köçkün

GÜNDƏM

Amerikada da Soros dövrü başa çatıb. Bayden administrasiyası, əslində, Soros idarə üsulu ilə idarə olunurdu.

SİYASƏT

Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Baki-baku.az