Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/19/2025

Paylaşın

HƏR ŞEYDƏN

Əl Xarəzmi – əxlaq gedərsə insanın qiyməti gedər

IMG-20250819-WA0190

Min illər boyu yetirdiyi qüdrətli sərkərdə-xaqanların, fikir və düşüncə sahiblərinin, təbib-filosofların, ustad sənətkarların irsi ilə dünyanın maddi-mədəni irsini zənginləşdirən, indi üstünə od-alov yağan Şərq bütün dövrlərdə yetirdiyi qüdrətli simalarla ölməzliyini sübut edib. Onlardan biri də məşhur nəzəriyyələri, traktat və risalələri ilə dillərə dastan olan “Riyaziyyatın atası” sayılan Əl-Xarəzmdir. Deyirlər, bu mütəfəkkir alimə “İnsan nədir?” deyə sual edirlər. “Müdriklər baxçasının Sultanı” tərəddüd etmədən cavab verir: “İnsan gözəl əxlaqlı isə “bir” edər. Gözəl isə ona bir sıfır əlavə olunar, “on” edər. İmkanlı adamdırsa, bir sıfır da əlavə etmək olar, “yüz” edər. Əsli-nəcabəti varsa, daha bir sıfır əlavə etməklə sayı “min”ə çatdırmaq olar. Amma əxlaqı olan “bir” gedərsə, insanın qiyməti, şərafəti, zərafəti, sərvəti gedər. Geriyə qalan dəyəri olmayan bir dairə “sıfır” olar”.
Riyaziyyatın atası “Əxlaq” deyəndə şübhəsiz ki, həm də dilini, əlini, qəlbini, ürəyini təmiz tutanları, xəyanətdən uzaq duranları, arxadan iş çevirməyin ədəbdən, əxlaqdan uzaq olduğunu, qarğa-quzğun kimi özgə malına sahib çıxanlardan uzaq duranları nəzərdə tuturdu.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, Şeyx Zayed məscidi dünyanın ən böyük altı məscidindən biridir və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu

Ən son

TARİXİMİZ

Abşeron yarımadasında, Xəzər dənizinin sahilinə yaxın bir məkanda torpaq min illərdir alovla dillənir, odla danışır

TARİXİMİZ

Abşeron yarımadasında, Xəzər dənizinin sahilinə yaxın bir məkanda torpaq min illərdir alovla dillənir, odla danışır
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin