Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/18/2025

Paylaşın

ETNOQRAFIYA

“Ə” hərfi – Azərbaycan dilinin səmimiyyətli səsi

“Ə” hərfi, Azərbaycan Dili

Sizə Azərbaycan dili ilə bilavasitə bağlı olan və dilimizin xüsusiyyətinə çevrilmiş “Ə” hərfi haqda danışmaq istərdim bu gün. Bu hərf, fikrimcə, dilə zəriflik qatan, hərfləri bir-birinə incəliklə toxuyan, həmçinin nitqə xüsusi səmimilik və istilik bəxş edən bir səsdir.

“Ə” hərfi yalnız Azərbaycan dilinə məxsus olmasa da, ən çox məhz bizim dilimizlə assosiasiya olunur. Maraqlıdır ki, Bakı lüğətində “Ə” hərfi ilə başlayan çoxlu baməzə, dialekt, şirin sözlər var. Onların arasında gündəlik danışığımızda tez-tez işlənən ifadələr də mövcuddur. Bu sözləri oxuyanda həm Bakı danışığının yumoru, həm də xalqımızın ünsiyyət mədəniyyəti özünü göstərir.

Gəlin bir neçə nümunyəyə nəzər salaq.

Əntiqə – əla, yaxşı.

Əndirəbadi – qeyri-adi.

Əzizxələf – sevimli, ərköyün. “Əziz” və “xələf” – davamçı, törəmə sözlərindəndir.
~Əzizxələf bir oğlu var idi, o da naxələf çıxdı.

Əzzəvara – çox dəcəl, hərəkətli.

Ərəş – təqribən 62 sm-ə bərabər uzunluq ölçüsü.

Əryet // Ariyət – axır, son, nəticə.
~Görən bu işin əryeti nedü?

Əqdəm – 1. daha qədim, keçmişdə baş verən hər hansı bir hadisə;

  1. qabaq, öncə.

Əlvərimli – əli açıq, kömək edən.

Ərimgəldi – 1. həftənin altıncı günü. Əsasən uzaq yerlə­də (kənddən kənarda çalışan) işləyən kişilər evə həftənin altıncı günü gəldiklərindən qadınlar bu günə “ərimgəldi günü” deyərdilər;

  1. qadınların ərlərinin gəlişini gözlədikləri yer, məkan.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"PAŞA Bank" ASC 2025-ci ili 148,896 milyon manat xalis mənfəətlə başa vurub.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) gözlənilən qeyri-sabit hava

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) gözlənilən qeyri-sabit hava
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin