Nəşr edilmişdir 01/13/2025

Paylaşın

GÜNDƏM

DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.
Baki-Baku.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
“Dumanlı havanın digər hərəkət iştirakçılarının və nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə maneə yaratdığını nəzərə alaraq, sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.
Piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını aydın görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha məsuliyyətli olmağı xahiş edirik”, – müraciətdə bildirilir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu gün hər evin baş küncündə öz yerini tutan televizor bir zamanlar elə bir texnoloji yenilik idi ki,

Ən son

GÜNDƏM

Ölkə ərazisində iyulun 6-da gözlənilən hava şəraiti açıqlanıb

GÜNDƏM

Ölkə ərazisində iyulun 6-da gözlənilən hava şəraiti açıqlanıb