Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/08/2025

Paylaşın

TARİXİMİZ

Dünyanın siyasi mənzərəsini dəyişən fatehləri haqqında bilmədiklərimiz

Sultan

Hər Sultan bir Fərman

Tərcümeyi halı ilə tarix yaradan, zamanın sükutunu pozan, Doğudan Batıya at çapan, çapdığı məmləkətlərdə altundan saraylar yapan, varlığı ilə dünyanın dizini titrədən sərkərdə-xaqanlarımızın hər anı bir hökmə, fərmana bağlı olub. Qanla yazılan, nizənin, oxun, qılıncın uğrunda daşa, yaddaşa dönən elə tarixi faktlar var ki, onlar kitabxana hücrələrində, arxiv sənədlərində qorunur. Sığal çəkib tozunu aldığımız hər bir sənəd, kitab səhifəsi özündə tarixin ruhunu ehtiva edir. Osman Qazinin mürşidi-kamili Şeyx Ədabalı onu bir tarixi kəlamla müjdələmiş, digəri ilə isə tarixi səfərə inandırmışdı. Onun birincisi “İstanbulu fəth edən komutan nə mutlu komutan!”, ikincisi isə “Torpağı su ilə qarışdırırsan çamur, şəhid qanı ilə yoğurursan Vətən olar!” kəlamı idi. Osman Qazi on minlərlə şəhid verib Osmanlı imperiyasını qurdu. Şeyx Ədəbalının “İstanbulu fəth edən komutan nə mutlu komutam” nidasına, Məhəmməd Peyğəmbər əleyhissəlamın “Konstantinopol mütləq fəth olunacaqdır. Onu fəth edən komutan, o, nə gözəl komutan, onun fəth edən əsgər, nə gözəl əsgərdir” hədisi-şərifinə böyüyən, 9 yaşında hafiz, 12 yaşında padşah, 21 yaşında fateh kimi tarix yaradan, Macarlar II Kosova savaşına başlayarkən vəzirlərin çağırışına dönməyən ondan öncəki padşah atası II Sultan Murada “Əgər padşahsan ordunun başına keç! Əgər padşah mənəmsə əmr edirəm, ordunun başına keç!” – deyib hökm edən, “Mən nami-dari fateh Sultan Mehmet Oğuzun Qayı boyundan gələn Osman oğulları soyundanam. Babam II Sultan Murad, anam Hüma xatundur. Bir çoxları cariyə sanır. Amma o, da Anadolunun bağrından qopan bir Qarapapaq türküdür. Mən ərəb deyiləm, fars da deyiləm, Mən Türkəm. Amma yalnızca soydan deyil, düşüncədən, ruhdan da Türkəm! Mən qılıncımla deyil, kimliyimlə zəfər qazandım!” nidası ilə fətih dastanını üst-üstə yazan Fateh Mehmeti ölümə apara biləcək aldığı yaradan çoxlarının bəlkə də xəbəri yoxdur. 1456-cı ildə Osmanlı ordusu Belqrad qalasını fəth etmək üçün səfərə çıxır. Qanlı savaşın davam etdiyi ərəfədə qalanın sağ tərəfindən atılan bir ox Fateh Mehmetin kürəyinə sancılır. Fatehin kürəyinə sancılan ox ürəyinin başına sancılsaydı, onun sonu ola bilərdi. Səfər boyu Osmanlı ordusu çoxsaylı itkiyə məruz qalsa da, Belqrad qalası fəth olundu. Fateh Sultan Mehmetin cəsarəti, bir sərkərdə-xaqan kimi yaralanmasına rəğmən ordunun önündə durması əsgəri heyətə ruh vermiş, al qanı ilə zəfər qazanan Fateh Mehmetin Belqrad yürüşünü tarixin altun səhifələrindən birinə çevirmişdi.

Səltənət uğrunda qardaşlarına qıyan Sultan III Mehmet

İqtidarı qanla, hətta öz doğmalarının qanı ilə sulanan elə hökmdarlar var ki, onlar səltənət uğrunda savaşları öncə sarayından başlayıb. Tarixə təkcə fateh dastanı yazan sərkərdə-xaqan kimi deyil, həm də öz qardaşlarını qətlə yetirən padşah kimi daxil olan Osmanlı sultanlarından bir III Mehmetlə bağlı rəsmi sənədlərin bir çoxu məşhur “Nur Osmaniyyə” kitabxanasında qorunur. Taxta çıxdıqdan sonra iqtidarını qorumaq üçün 19 qardaşının ölüm hökmünü verən Sultan III Mehmet qardaşlarının qətliamını həyat tərzinə çevirən Sultan kimi tarixdə qaldı. “Qan içən hökmdar”, “Qardaş qatili”, “Soy qənimi” adı ilə anılan Sultan “qaranlıq dünyanın elçisi” kimi də tarixdə qalıb. Sarayını 19 dəfə qardaş qanına bələyən, ana fəryadına bürüyən III Sultan Mehmet qorxunun və fəryadın hökm sürdüyü səltənətini qorumaq üçün genetik kodlarının daşıyıcısı olan qardaşlarını özünə rəqib bildiyindən idi ki, qanlı fərmanlara qol qoydu. Salnaməçi tarixçilər III Sultan Mehmetin bu addımını şərh edərkən qeyd edirlər: “Bu, o dönəmlərdə padşahlıq üçün hər bir rəqib ciddi təhdid idi. Bu qanlı siyasət Osmanlı imperiyasını daxili savaşların pəncəsindən qurtarmaq üçün acımasız bir önləm idi. Bu olay sadəcə bir taxta çıxış hekayəsi deyil, eyni zamanda sərt və qanlı səltənət sahibinin simasının göstəricisi, örnəyi olaraq tarixə yazıldı”.

Vücudunda ən çox savaş yarası bulunan – Sultan

Dünya fatehləri Əmir Teymurla Sultan Bəyaziti Ankara düzündə 1402-ci ildə üz-üzə gəldikdən sonra Sultan Bəyazit Əmir Teymura əsir düşmüş və kədərli günlər başlamışdı. Dörd qardaş bir-birinə düşmən olmuş Osmanlı imperiyası göz görə-görə bölünüb parçalanmışdı. Qardaşların ən müdriki, “Elmi-irfan bağçasının sultanı” ləqəbi ilə tanınan Mehmet Çələbi sadəcə elmi və biliyi ilə deyil, həm də cismində daşıdığı qaysaq tutmayan yaraları, xəncər, qılınc izləri ilə tarix yazdı. Nə az, nə çox, düz on bir il qardaşları ilə savaşdı. Hər səfərdə qılınc sıyırdı, oxa, nizəyə tuş gəldi. Kürəyində açılan oyuq, vücudundakı kəsiklər azmış kimi, ayağına sancılan bir ox, onu ömrünün sonunadək axsaq – “topal” etdi. Sultan Bəyazitin ən müdrik və ən səbirli sərkərdə oğlu – Mehmet Çələbi soy və boy acısı yaşadı. Yeni bir imperiya qurmaq uğrunda at üstə şahə qalxan Memhet Çələbinin ən böyük xəyalı dağılan, törəsi pozulan xanədanın şöhrətini yenidən dirçəltmək idi. O, bu yolda sağlamlığından keçdi. Kürəyində açılan oyuğun, dizinə sancılan oxun, onu dilim-dilim doğrayan qılıncın acısını, ağrısını ruhunda daşıdı. Bu səbəbdən də dünya tarixçiləri ona təkcə padşah deyil, Osmanlı imperiyasının ikinci qurucusu olaraq dəyər verdilər. Osman Qazinin qurduğu, Fateh Mehmetin fətih dastanını yazdığı, Sultan Bəyazitin sərhədlərini genişləndirdiyi Osmanlı imperiyasının ikinci dəfə ayağa qaldıran Sultan kimi etirafda bulundular.

Nur Osmaniyyə kitabxanasında qorunan saray salnaməçilərinə aid qeydlərdən bəlli olur ki, “Osmanlını ayağa qaldıran Sultan əslində yaralarla yürüyür, vücudunda daşıdığı 70 yara, qırıq sümükləri ilə təkcə düşmənlə deyil, həm də qardaşları ilə savaşır. Osmanlının yenidən dirçəlişi üçün varlığından keçirdi”.

Cənazəsi günlərlə ortada qalan Sultan – Fateh Mehmet

Bütün qüdrəti, əzəməti ilə türkün qüdrətli sərkərdə-xaqanlarının mənəvi və siyasi kodlarının daşıyıcısı olan, İstanbulun fəthi ilə min illər boyu Şərqin üstünə yeriyən, səlib yürüşünə çıxan Avropanın belini qırıb dizini titrədən Fateh Sultan Mehmetin müəmmalı ölümündən sonra cənazəsi günlərlə ortada qalır. 1481-ci ilə təsadüf edən bu dəhşətli səhnə Kəbzə sınırına yürüşə hazırlaşan Fatehin bir an içərisində səhhətində problemin yaranması, onun dünyaya vida nəğməsi oxuması ilə nəticələnmişdi. Adı gələndə dünyanın dizi titrəyən, kilsələrin zəngi susan Fateh Mehmetin cənazəsi günlərlə torpağa verilmir. Səltənət uğrunda gedən savaşlar sarayın düzənini, mizanını dəyişir. Şahzadə Bəyazit şahzadələrin şəhəri Amasyada, Cem Sultan Konyada səltənət uğrunda qalmaqalda idi. Dünya fatehinin, daha doğrusu Peyğəmbər əleyhissəlamın və Şeyx Ədabalının dili ilə desək “İstanbulu fəth edən, mutlu və gözəl komutanın” – Fateh Sultan Mehmetin cismindən qopan ruhu nigaran-nigaran Osmanlı sarayında cövlan edirdi. Xalqın qiyamı acı xatirəyə çevrilir: “Bu əziz padşaha bu rəva görülürmü?”, deyirdi.

Qəribəsi, daha kədərlisi isə odur ki, “Ayasofiyanı cami olaraq vəqf etdim. Kim bu vakfiyeyi dəyişdirsə, Allahın, mələklərin və möminlərin lənəti olun üzərində olsun!” nidası ilə İstanbula varan kimi “Ayasofiyanın önündə atdan enən, mürşidi-kamili Ağ Şəmsəddinlə birlikdə Ayasofyada imam cismində namaza duran Fateh Mehmetin nəşi ancaq Şahzadə Bəyazit Sultan Bəyazit kimi taxta oturandan sonra torpağa verildi. Bu faktla ilk dəfə Osmanlı mənbələrində tanış olduqdan sonra Əmir Teymurun Ankara döyüşü zamanı Sultan Bəyaziti əsir alarkən “Sultanım, acıdır, çox acıdır, ancaq mənim səninlər bir Fateh Mehmet hesab-kitabı var!” kəlamını niyə, nə üçün işlətdiyini, Səmərqənddə müftilərin Teymurlu-Osmanlı savaşında Əmir Teymuru nədən haqlı hesab etdiklərini anladım.

27 yaşında qaraciyər serrozundan dünyandan köç edən padşah

Milli dövlətçilik tariximizə iradənin gücü, xarakterin əyilməzliyi ilə dünya fatehi kimi yazılan sərkərdə-xaqanlarımız təkcə fərmanlar imzalamayıblar, səltənətin ömrünü uzatmaq, hökmdarın hökmünü sübuta yetirmək üçün qanunlara əhalidən öncə özləri hörmət ediblər. Tək bir sərkərdə-xaqanımız “Dəmir yumruqlu padşah” ləqəbi ilə tanınan IV Murad dövlət idarəçilik təliminə gətirdiyi yasalarla şöhrətlənməsinə rəğmən onu ilik pozan da, özü olmuşdur. İçkini, tütünü, qəhvəni qadağan edən Sultan İstanbulda içki içənləri təqib etdirib cəzalandırmaqla, meyxanələri qapatmaqla kifayətlənməçiş, içki içənləri edam etdirməkdən belə çəkinməmişdir.

Gecələr təğyir-libas olub küçələrə çıxan Sultan IV Murad qanunları pozanları yaxalayır və yerində cəzalandırarmış. Tarixi mənbələr sübut edir ki, bütün bunlara baxmayaraq, “verdiyi qanunları özü pozan padşah içki vurğunu, həvəskarı imiş”. 27 yaşında, qaraciyər sirrozundan dünyasını dəyişən Sultan “Özü öz hökmünə, fərmanına məhəl qoysaydı, bəlkə də daha çox yaşayardı.

Taxtda ən az oturan sultan – V Murad

Taxtda oturan deyil, taxt əbədi qalır. Osmanlı imperiyası qurulandan, Osman Qazidən Sultan II Əbdülhəmidə qədər Yıldız sarayı, Dolmabağça çox şahlar, padşahlar, sultanlar gördü. Varlığı ilə səltənəti, sarayı şərəfləndirdilər, dünyanı Osmanlının qılıncına müntəzir edənlər də, oldu, elə-belə gəlib gedənlər, səltənət ömrü üç-beş gün olanlar da. Sultan Əbdüləzizin saray çəkişməsi, toqquşması nəticəsində taxtdan endirilməsindən sonra onun yerinə taxta rəvan olan V Murad cəmi 93 gün iqtidar, daha doğrusu səltənət sahibi oldu. “Ruhi sarsıntı keçirən padşah” kimi tarixdə qalan Sultan V Murad öncə 1876-cı il avqustun 31-də məqamından alınaraq həbs edilmiş, az sonra isə müəmmalı şəkildə dünyaya vida nəğməsi oxumuşdur.

Qardaş qətlinə son qoy qoyan sultan – Fateh Mehmet

“Həyatım boyunca Allahın əmrindən kənara çıxmadım. Allahın rizasını qazanmaq üçün çalışdım. Tək qayəm bu idi” nidası ilə dədələrin Qılıncla qurduğu imperiyanı Qılıncla Qələmin vəhdətində idarə edən, İstanbulu fəth etdikdən sonra atdan enən kimi hər kəsin gözü önündə torpağı öpüb səcdə edərək qürurla “Bu şəhər artıq İslamın qəlbidir!” nidası ilə tarixin yönünü dəyişən Fateh Mehmet Osmanlının tərəqqisi, sınırlarının genişlənməsi üçün Doğudan Batıya at çapdı. Atının kişnərtisi, oxunun, nizəsinin səsi, qılıncının kəsəri ilə dünyanın dizini titrətdi. Dünya siyasətinin düzən-mizanını dəyişib ona yön verən padşah Osmanlının saray qanunlarını belə yenidən yazdı. “Qardaş qətlini qaldıran padşah” kimi bir ilkə imza atan Fateh Mehmet “Hər kimsəyə övladlarından səltənət üyesi nəsib ola, Nizam-i-aləm için qarındaşlarının qatili eylemek münasibdir” ifadəsi isə türk dövlətçilik tarixində yeni səhifə açdı. Fateh Mehmetin bu tarixi qərarı Sultan I Əhmədin zamanına qədər hökm olaraq yerinə yetirilmiş, o, səltənət naminə heç bir qardaşının qətlinə fərman verməmişdir. Fateh Mehmetin İstanbulun fatehi kimi dərin hörmət və ehtiram hissi ilə ziyarətdə bulunub yad edən Osmanlı insanı Sultan I Əhmədi Qardaş qətlinə səltənət naminə son qoyan qanunu qəbul edən Fateh Mehmet qədər əziz bilmişdir. Sultan I Əhmədin bu qanunu könül xoşluğu ilə qəbul etməsinin bir səbəbi də babası III Mehmet Sultanın 19 qardaşını taxt-tac uğrunda qətl etməsi olmuşdur. O, bununla kifayətlənməmiş, Fateh Mehmetin fərmanına, “Əkbər və Əhməd” əlavəsi gətirmiş, qardaş qətlini birdəfəlik yasaq etmişdir.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 71 ünvanında 5 mərtəbəli binanın qarşısı qanunsuz parkalanma yerinə çevrilərək zəbt olunub.

Ən son

GÜNDƏM

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində təmir işlərinə başlanılır.

GÜNDƏM

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində təmir işlərinə başlanılır.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin