Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/30/2025

Paylaşın

GÜNDƏM

Dövlət Proqramı kontekstində Bakı metrosu İstanbul metrosu ilə əməkdaşlığı nəzərdən keçirib

IMG-20250430-WA0175(1)

AZCON Holdinqin tərkibində fəaliyyət göstərən “Bakı Metropoliteni” QSC-də “Metro İstanbul”un nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.
Baki-baku.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, görüşün əsas məqsədi iki metropoliten arasında davamlı əməkdaşlığın gücləndirilməsi, innovativ texnologiyalar və rəqəmsal həllər sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi olub.
Müzakirələr zamanı data əsaslı qərarvermə yanaşmaları(data-driven decision making), data analitikası, eləcə də real vaxt məlumatlarının işlənməsi imkanları xüsusi diqqət mərkəzində olub. Rəqəmsal texnologiyaların nəqliyyat sistemlərində tətbiqi, sərnişin axınının yönləndirilməsi və dispetçer idarəetməsində innovativ həllər kimi sahələr üzrə fikir mübadiləsi aparılıb.
Tərəflər İstanbul metrosunun son illərdəki inkişaf təcrübəsi və Azərbaycanın 2025–2030-cu illər üzrə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutan Dövlət Proqramı kontekstində əməkdaşlıq perspektivlərini də nəzərdən keçiriblər.
Görüşdə həmçinin inşaat layihələrinin informasiya modelləşməsi, istismar planlaması, işarəvermə və rabitə sistemlərində müasir yanaşmalar, mühəndis qurğulara texniki xidmət və idarəetmə prinsipləri ətrafında fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti Bakı metrosunun müxtəlif sahələrində olaraq əməliyyat prosesləri ilə yerində tanış olub, əməkdaşlıq və mütəxəssis mübadiləsinin davamlılığının vacibliyi bir daha vurğulanıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Археологи, работающие в центральной части Турции, обнаружили фрагмент керамики с изображением человеческого лица, возраст которого составляет почти 5000

Ən son

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Gündə milyonlarla insan səhəri bir fincan qəhvə ilə açır, iş və dərs yorğunluğunu onunla dəf

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Gündə milyonlarla insan səhəri bir fincan qəhvə ilə açır, iş və dərs yorğunluğunu onunla dəf
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin