Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/18/2026

Paylaşın

GÜNDƏM

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi WUF13-ün “Urban Expo” sərgisində pavilyonla təmsil olunur

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, WUF13

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində açılışı olan “Urban Expo” sərgi məkanında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi xüsusi pavilyonla təmsil olunur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Baki-baku.az-a verilən məlumata görə, “İnklüzivliyin və yaradıcılığın qovuşduğu məkan” mövzusunda təşkil edilmiş pavilyonda mərkəzin təlimçi və benefisiarlarının müxtəlif istiqamətlər, o cümlədən dulusçuluq, bədii oyma, vitraj, təsviri incəsənət və digər yaradıcılıq sahələri üzrə hazırladıqları əl işləri nümayiş etdirilir.

Ziyarətçilərə mərkəzin fəaliyyəti və xidmət istiqamətləri barədə məlumat verilir. Ekspozisiyada yer alan və Azərbaycanın tarixi memarlıq abidələrinin təsvir olunduğu müxtəlif əl işlərinin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ərsəyə gətirildiyi diqqətə çatdırılır.

Pavilyonda quraşdırılmış monitorda həssas əhali qruplarına aid istedadlı şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirilən layihələrə dair videoçarx təqdim olunur. Sərgi iştirakçılarına DOST Agentliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin xidmətləri, “Könüllü DOST” proqramı barədə Azərbaycan və ingilis dillərində maarifləndirici bukletlər paylanılır.

Mərkəzin pavilyonunda vitraj istiqaməti üzrə təşkil olunmuş master-klass tədbir iştirakçılarının marağına səbəb olub, qonaqlar yaradıcılıq prosesinə qoşularaq bu sahədə öz bacarıqlarını sınayıblar.

Sərgi müddətində mərkəz üzvləri tərəfindən müxtəlif proqramların, o cümlədən digər təlim istiqamətləri üzrə master-klassların həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 3,5 hektar ərazini əhatə edən “Urban Expo” sərgisi 66 ölkədən 217-dən çox təşkilatı bir araya gətirir.

Sərgi hökumətlər, vətəndaş cəmiyyəti, akademik dairələr, beynəlxalq qurumlar və özəl sektor nümayəndələrinin WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu ətrafında fikir mübadiləsi aparması, təşəbbüslərin irəli sürməsi və tərəfdaşlıq əlaqələri qurması üçün dinamik platforma funksiyasını yerinə yetirir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini qəbul

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu sözləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Liderlər Sammitində Zimbabve

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu sözləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Liderlər Sammitində Zimbabve
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin