Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/04/2026

Paylaşın

HƏR ŞEYDƏN, TARİX

Dmitrina – Atatürkün unuda bilmədiyi sonsuz sevgisi

Dmitrina Kovaçova, Atatürk

Atatürk: “Bir qız sevdim, amma mənə vermədilər. Gəncliyimi buraxdım Sofyada”

Hər şey vaxta, zamana baxır. Vaxt, zaman isə heç nəyə baxmır.  Sakaryadan Çanaqqalaya, Çanaqqaladan Cankaya köşkünə varan Qurtuluş Savaşı ilə Modern Türkiyə Cümhuriyyətini quran, onu məhv olmaq təhlükəsi ilə üz-üzə olan Osmanlının mirasına çevrilən Qazi Mustafa Kamal Paşanın heyranları çox olub. Könül yarası Sabiha Sultan, Fikriyyə xanım, gərginlik üzü Lətifə xanım olsa da, Atatürk tək bir nəfərin ünvanına : “Bir qız sevdim, amma mənə vermədilər. Gəncliyimi buraxdım Sofyada”.

O gecə “Miti” Mustafa Kamal Paşa üçün nəfəsin alındığı ünvana çevrilmişdi

Atatürkün “ Gəncliyimi buraxdım!” dediyi gözəllər gözəli Dmitrina Kovaçova bir general qızı idi.  Atatürk onunla 1913-cü ildə Osmanlının Sofiyadakı Böyük Elçiliyində hərbi attaşe olarkən ziyafətdə tanış olmuşdu. Hər ikisinin yaxın dostu olan Dima Akkovanın vasitəsi ilə onlar dövrün məhşur bal rəqsini – “Miti”ni oynamışdılar. O gecə “Miti” Mustafa Kamal Paşa üçün nəfəsin alındığı ünvana çevrilmişdi. “Miti”nin səsi sorağı Dmitrinanın atası general Kovaçova çatdıqda “Bal gecələri”nə son qoyulmuşdu. Buna baxmayaraq Paşanın eşqinə biganə olmayan Dmitrina gecələr onunla gizlin şəkildə  görüşmüşdü…

General Osmanlıdakı vəziyyəti əsas tutaraq qızının Paşa ilə nigahına etiraz etmişdi

Bu ərəfədə Mustafa Kamal Paşanın Sofiyadan Çanaqqalaya köçürülməsi haqqında İstanbulda qərar alınmışdı. İstanbuldan,  Sultanın hüzurundan birbaşa Safyaya dönən Mustafa Kamal Paşa general Kovaçov ilə görüşərək Dmitrinanı şəxsən atasından istəmişdi.  General Osmanlıdakı vəziyyəti əsas tutaraq qızının Paşa ilə nigahına etiraz etmişdi.  Rəsmi sənədlər, Qazi Mustafa Kamal Paşa ilə bağlı  xatirələr sübut edir ki,  o, “Bir qız sevdim,  amma mənə vermədilər. Gəncliyimi buraxdım Sofyada!”  nidası ilə kədərlə xatırladığı bu sonsuz sevgisini yada saldıqca dəniz incisi, yamyaşıl gözlərindən yaş süzüb, siqarına dərin qullab vurub nəfəs aldığı zaman uzaqlara, lap, lap uzaqlara baxıb, “Bir qız sevdim vermədilər!”…  deyib türkülər çağırmışdır.

Deyilənə görə ayrıldıqdan sonra Dmitrina Paşaya məktub yazsa da,  məktubu Qurtuluş Savaşının Memarına  verən olmayıb

Atatürkə qızını qıymayan general Kovaçovun deyilənə görə taleyi kəm gətirib. Dəyişən quruluşun  təhdidlərinə, Birinci Dünya Müharibəsinin dəhşətlərinə tablamayan general tapançanı gicgahına sıxaraq intihar edib. Zorla evləndirdiyi, könülsüz gəlin köçürdüyü Dmitrina ərindən boşanıb, baxmayaraq ki, o, general rütbəsində olan, özündən 24 yaş böyük həyat yoldaşının bütün qayğıları ilə əhatə olunmuşdu.

Deyilənə görə ayrıldıqdan sonra Dmitrina Paşaya məktub yazsa da,  məktubu Qurtuluş Savaşının Memarına  verən olmayıb. Onu da deyirlər ki, baiskar İsmət Paşa – Atatürkün  silahdaşı, arkadaşı, sonra isə iç yarası olan İsmət İnönü olub.

Dmitrinanın rəsminə baxdıqda insanı mübhəm duyğular bürüyür. Sonsuz, hüdudları məlum olmayan, amma İlahi eşqin nuru ilə halələnən, həsrətin, nisgilin çəmbərində əriyən, atalarının iradəsi ilə sevdiklərinə qovuşmayan Nigar xanım Şıxlinskaya, Sürəyya xanım Tağıyeva və Həmidə xanım Cavanşir gəlir göz önünə.

Qazi Mustafa Kamal Paşa böyük  sərkərdə, lider, eyni zamanda sonsuz, hüdudları məlum olmayan əbədi sevginin ünvanı idi.  O tarixdə təkcə “Daş qırılar, tunc əriyər, amma Türk Əbədidir!” “Türk budur : ildırımdır, qasırğadır, dünyanı nura qərq edən Günəşdir!”  “Nə mutlu türkəm deyənə!” nidası ilə qalmadı. Gəncliyini buraxdığı Sofiyanı, Sofiyadakı ilk məhəbbətini unutmadı. Onun ünvanına abidəyə çevriləcək bir cümlə işlətdi : “Gəncliyimi buraxdım Sofyada!”

Atatürkün unuda bilmədiyi Dmitrinanın eşqinə qəlbində yapdığı abidə əbədi sevginin ünvanına çevrildi

“Türkün əlini qıranın belini qırmağa gəlirəm !” nidası ilə yağıların üstünə yeriyən Əmir Teymur Bibixanım türbəsini sevgili xatunu Bibixanımın, Babur şah Mümtaz Mahalın eşqinə Tac Mahalı, Şəmsəddin Eldəgiz və Atabəy Məhəmmməd Möminə xatun türbəsini yapdırdı.  Atatürkün unuda bilmədiyi Dmitrinanın eşqinə qəlbində yapdığı abidə isə əbədi sevginin, nisgilin, həsrətin ünvanına çevrildi.

“Bir qız sevdim, vermədilər!” “Bir oğlan sevdim vermədilər!” deyən nə qədər qız, oğlan var, o qədər Dmitrina adlı bir ünvan, abidə var! Adam ya böyük doğulur, ya da kiçik. Atatürk hər mənada böyükdür. Unuda bilmədiyi sevgisi ilə belə!

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 3-də Keniyanın yeni səfiri Cona Mayna Mvangini qəbul edib.

Ən son

GÜNDƏM

Noyabrın 4-də Bakının Yasamal, Nizami və Binəqədi rayonlarının, həmçinin Abşeron rayonunun bəzi ərazilərində elektrik enerjisinin

GÜNDƏM

Noyabrın 4-də Bakının Yasamal, Nizami və Binəqədi rayonlarının, həmçinin Abşeron rayonunun bəzi ərazilərində elektrik enerjisinin
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin