Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/23/2025

Paylaşın

GÜNDƏM

DİN radardan sonra sürətini artıran sürücülərə müraciət edib

IMG-20251023-WA0010

“Daxili İşlər Nazirliyi sürücüləri bir daha diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır. Yol hərəkəti təhlükəsizliyinin təmin olunması, sürücü mədəniyyətinin artırılması və qəzalara səbəb olan amillərin aradan qaldırılması nazirliyin əsas prioritet istiqamətlərindəndir”.

Baki-baku.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin sürücülərə müraciətində bildirilib.

Qeyd edilib ki, baş verən qəzalarda sürət həddinin aşılması, radar qurğularına yaxınlaşdıqda sürəti azaldıb sonra yenidən artırmaq kimi məsuliyyətsiz davranışlar insan həyatına ciddi təhlükə yaradır.

“Unutmaq olmaz ki, radar sürücünün yolda sürət həddini müəyyən edən, həyatını qoruyan və təhlükədən çəkindirən vasitə olan təhlükəsizlik kəməridir.

Əziz sürücülər, sükan arxasında verdiyiniz hər qərar təkcə öz taleyinizi deyil, ətrafınızdakıların da həyatına təsir edir. Sürət nə qədər yüksək olarsa, səhvin-ehtiyatsızlığın miqyası bir o qədər ağır olur. Yollarda yerləşdirilən radarlar sizə “dayan, düşün, təhlükəsiz get” demək üçündür”, – deyə müraciətdə bildirilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu təlimatda siz Binance hesabınızı necə qorumağı və vəsait göndərilməzdən əvvəl səhv köçürməni dayandırmağa kömək edən erkən xəbərdarlıq

Ən son

TARİX

Gözümüzü açandan tanrının evində müqəddəs örpəyə bürünən bir gözəllik görür, ömrümüzdə bir dəfə olsa da

TARİX

Gözümüzü açandan tanrının evində müqəddəs örpəyə bürünən bir gözəllik görür, ömrümüzdə bir dəfə olsa da
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin