Nəşr edilmişdir 12/17/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Dekabrın 17-si Müdafiə Sənayesi Nazirliyi (MSN) işçilərinin peşə bayramı günüdür.

Müdafiə Sənayesi Nazirliyi

Bu gün Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramıdır
Baki-baku.az xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Ordusunu və qanunvericilikdə nəzərdə tutulan digər silahlı birləşmələri müasir döyüş texnikası və silah-sursatla təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılıb.
Dövlətimizin başçısının 2009-cu il 10 noyabr tarixli Sərəncamı ilə hər il dekabrın 17-si ölkəmizdə MSN işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ötən müddətdə nazirliyin müəssisələrində müasir növ silahlar, döyüş sursatları, hərbi texnika, mühəndis-texniki vasitələr və digər müdafiə təyinatlı məmulatların uğurla istehsal edilərək Silahlı Qüvvələrə təhvil verilib.
Prezident İlham Əliyevin xüsusi tapşırıqlarına əsasən düzgün aparılmış işlər nəticəsində nazirliyin müəssisələrində istehsal edilmiş ümumi məhsul həcminin çoxunu ixraca yönəltmək mümkün olub.
Azərbaycanın müdafiə sənayesi məhsullarının böyük sınağı otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda aparılan 44 günlük Vətən müharibəsi idi. Bu haqq savaşında MSN-in istehsalı olan müasir silah-sursatın, pilotsuz uçuş aparatlarının uğurlu tətbiqi tarixi Qələbənin qazanılmasında əhəmiyyətli rol oynayıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan hava şəraiti davam edəcək və küləyin sürəti narıncı xəbərdarlıq şkalasına

Ən son

Uncategorized

Bakı şəhəri son illərdə sürətlə inkişaf etməkdədir. Bu prosesin yaxın 10 ildə hələ daha çox

Uncategorized

Bakı şəhəri son illərdə sürətlə inkişaf etməkdədir. Bu prosesin yaxın 10 ildə hələ daha çox