Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/15/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Daşa – yaddaşa köçən dünya…

IMG-20250815-WA0016

Memar Sinanın əzəməti və həsrəti

Gildən Adəm peyğəmbəri, qabırğasından Həvvanı yaradan Ulu Tanrı Yer üzünü bircə “Ol!” kəlamından yaratmışdı. Əşrəfi dediyi insanı onun zinəti, həm də möhnəti bilmişdi. Yoxdan var edən, gili, qumu, daşı abidəyə çevirən peyğəmbərlər də doğulmuşdu. İbrahim peyğəmbər o müqəddəslərdəndir.
Dahilərin divanında yeri başda olan bir dahi də var ki, onunla təkcə Osmanlı sultanları deyil, bütün dünya, Turan elləri, türk dünyası, müsəlman mədəniyyətini çevrələyən ölkələr qürur duyur. Ona daşlaşan imza kimi baxır. O, Memar Sinandır. Ruhunu, duyğusunu, sevgisini, həm də mənəvi əzəmətini, ilahi eşqini, tanrı sevgisini daşa-yaddaşa köçürən Memar Sinan 92 caminin, 52 məscidin, 55 mədrəsənin, 7 darül-kürranın – külliyənin, 22 türbənin, 17 imarətin, 3 darüş-şəfəqanın – xəstəxananın, 5 su yolunun – kanalın, 8 körpünün, 20 karvansarayın, 36 saray iqamətgahının, 8 kəhriz və ovdanın, 48 hamamın, bütövlükdə 375 tarixi tikilinin memarı kimi əbədiyyət dastanı yaradan, Sultan Süleymanın qılıncla fəth etdiyi ölkələrdə tişəsi ilə Türk saray mədəniyyətinə, İslam dəyərlərinə abidələr ucaldan “Tikdim ki, izim qala” həqiqəti ilə əbədi sevginin eşqinə ruhunu daşa- yaddaşa köçürən Memar Sinanın layihəsini cızdığı, amma tikib başa çatdıra bilmədiyi bir abidəsi vardı. Memar Sinan dünya fatehi Sultan Süleymanın gözünün nuru Mihrimah Sultanı sevmiş, ona könül açmışdı. Sultandan aldığı “Yox!” cavabı onu sındırmış, könlünü xarabazara çevirmişdi. Memar Sinan daşa-yaddaşa könül verib, 375 abidə ucaltdı. Tək bir əsərinin layihəsi başa çatmadı: Memar Sinan – Mihrimah Sultan adlı Eşq Sarayının layihəsi!

Sultan Süleyman Hürrəm Sultanın istəyi ilə Mihirmahını ondan qat-qat yaşlı Rüstəm paşaya verdi, Memar Sinana yaraşdırmadı. Sarayın, siyasətin ayrı, mədəniyyətin ayrı dili var…

Memar Sinan Mihrimah sevgisini, sevdasını həm də həsrətini daşda ruha çevirdi. Onun ayı da, günəşi də Mihrimah sultan oldu. Mihrimah sultan Rüstəm paşaya ruhunu deyil, cismini təslim etdi. Mübhəm sevgisi, sevdası isə dillərə dastan oldu. Memar Sinanın ruhundan qida verdiyi 92 caminin içərisində üçünün üzü Top qapı sarayına tərəfdir. Saraya baxan 3 caminin 2-si Mihrimah Sultanın, 1-i isə Rüstəm paşanın şərəfinə ucaldılan camidir. Rüstəm paşa camisi ayı və günəşi özündə ehtiva edən Mihrimah camilərinin ortasında bərqərar olub.
Memar Sinanın sonsuz, hüdudları məlum olmayan sevgisinin, vüsal yolunun üstündə ucalan Rüstəm paşa camisinə – Hicran camisi də söyləmək olar.

Şərəf Cəlilli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

В истории пожаротушения есть эпизод, который звучит как фантастика, но произошёл на самом деле