Nəşr edilmişdir 12/24/2024

Paylaşın

MEMARLIQ

Dahilərimizi necə tanıyır, necə tanıdırıq?

Dahilər

Son dönəmlərdə ölkəmizdə, xüsusən də, Bakımızda turist sayının günü-gündən çoxaldığı hər kəsə məlumdur. Respublikamızda keçirlən beynəlxalq tədbirlər ölkəmizə turist marağını daha çox çəkib, desək, yanılmarıq, əlbəttə ki. Şəhərin mərkəzi küçələri ilə bir balaca dolaşınca müxtəlif ölkələrdən gələn turistləri görmək mümkündür. Onlar şəhərin gəzməli-görməli yerlərini ziyarət edir, baxır, şəkil çəkdirir, özlərini maraqlandıran sualları verirlər. Bir məqam diqqətimizi çəkir ki, mərkəzdə dahilərin şərəfinə ucaldılan heykəllərə baxır, üzərində haqqında məlumat lövhəsi olmadığından əgər bələdçi ilə gəliblərsə, onlardan soruşur, yox əgər bələdçisiz gəliblərsə, yerli sakinlərdən məlumat almağa çalışırlar. Heykəllərin üzərində ancaq şəxsiyyətin adı, ən yaxşı halda doğum və ölüm tarixi qeyd olunub. Bəzi heykəllərin üzərində, təəssüf hissi ilə bildirmək istəyirik ki, yazılan ad, ümumiyyətlə görünmür. Hesab edirik ki, məlumat lövhələrinin olması gələn turistlərə dahi şəxsiyyətlərimiz haqqında informasiya ötürmək, milli, mədəni, mənəvi dəyərlərimizi tanıtmaq, bildirmək üçün çox böyük bir vasitədir. Bundan başqa, məlumat lövhələri təkcə turistlər üçün deyil, elə yerli sakinlər üçün də əhəmiyyət kəsb edir.
Günümüz texnologiya dövrüdür. Müasir dünyada texnologiya gündəlik həyatda getdikcə əhəmiyyətli rol oynayır və artıq bir çox dünya ölkələri abidələr, heykəllər, həmçinin müxtəlif tarixi əhəmiyyəti olan bina və komplekslərin üzərində QR kodları yerləşdirir. Bu cür yenilik istər tarixi şəxsiyyət, istərsə də hər hansı abidə və ya kompleks haqqında dolğun məlumatı özündə əks etdirir. Həm indiki, həm də gələcək nəsillər üçün daha əlçatan və mənalı olması üçün abidələrdə QR kodlardan istifadə edilməsi artıq daha məqsədəuyğundur. Üstəlik də məlumat lövhəsində informasiya üçün yer məhdud olduğu halda, QR kod daha geniş və dolğun informasiyanın yerləşdirilməsini asanlıqla təmin edir. Onun istifadəsi də çox asandır. Mobil telefonu QR koda yaxınlaşdırıb, skan etməklə bir anın içində informasiya əl içində olur.
Qeyd edək ki, Mirzə Ələkbər Sabir, Xurşidbanu Natəvan, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Səməd Vurğun, Cəfər Cabbarlı, Tofiq Quliyev, Qara Qarayev və digər dahilərimizin heykəllərinin üzərində adlarından başqa, heç bir məlumat yoxdur. Bircə qəzəlxan Əliağa Vahidin İçərişəhərdə yerləşən heykəlinin yanında şair haqqında iki dildə məlumat yerləşdirilib.
Gəlin baxaq, görkəmli şəxslər bu barədə nə düşünürlər.
Şair Qulu Ağsəs deyir ki, bu məsələ çox aktualdır: “Bakıya il ərzində həm beynəlxalq tədbirlərdə, həm də elə adi vaxtlarda müxtəlif dünya ölkələrindən yüz minlərlə turistlər gəlir. Əlbəttə ki, onların əksəriyyəti bizim tariximiz, ədəbiyyatımız, mədəniyyətimizlə maraqlanırlar. Bu anlamda şəhərin içində, xüsusən də, mərkəzi küçələrdə dolaşan turislərin diqqətini, təbii olaraq, ilk növbədə dahi şəxsiyyətlərimizin heykəlləri cəlb edir. Onların üzərində məlumat lövhələrinin olması çox vacib şərtdir. Həm də bu, təkcə Azərbaycan dilində yox, beynəlxalq dil kimi ingilis dilində də olmalıdır. Yəni heykəlin və ya hər hansı bir abidənin önündən keçən turist ayaq saxlayıb ona baxanda, onun kimliyi haqqında məlumat da oxumalıdır ki, bilsin, tanısın, özündə bir təəssürat yaransın. Ona görə, düşünürəm ki, istər lövhə üzərində, istər də QR kod vasitəsilə informasiyanın ötürülməsi çox vacib və ümdə məsələdir”.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Azərbaycan Hava Yolları” QSC (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysində olan ekipaj üzvlərinin siyahısını açıqlayıb.Baki-baku.az AZAL-a istinadla siyahını təqdim

Ən son

ƏSAS XƏBƏRLƏR

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı

GÜNDƏM

“Azərbaycan Hava Yolları”nın (AZAL) təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərin və

GÜNDƏM

Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış