Dünya tarixində şəhərləri yer üzündən silən sunamilər olub, lakin təbiət yalnız bir dəfə öz həqiqətən dəhşətli gücünü nümayiş etdirib. 1958-ci ildə, Alyaskada baş verən zəlzələ nəticəsində nəhəng bir sürüşmə meydana gəldi: 30 milyon kubmetr qaya və buz Lituyya körfəzinin dar boğazına çökdü.
Nəticədə meqa-sunami yarandı – 524 metr hündürlüyündə bir dalğa. Bu, Eyfel qülləsindən daha hündür, Bürc Xəlifədən isə təxminən iki dəfə böyük idi.
Baki-baku.az portalının qeyd etdiyi kimi, bu hadisə Yer kürəsində indiyə qədər qeydə alınmış ən yüksək dalğa kimi tarixə düşüb. Nəhəng su divarı səmaya ucalaraq sahil dağlarının üzərinə dəhşətli güclə çırpılıb.
Xoşbəxtlikdən, bölgənin uzaqda və seyrək məskunlaşmış olması dünyanı qlobal fəlakətdən xilas etdi: hadisə nəticəsində cəmi iki nəfər həyatını itirdi. Lakin bu olay qorxunc bir xəbərdarlıq oldu. Müəyyən şəraitdə okean elə bir qəzəblə alışa bilər ki, bu, onu planetin ən dəhşətli silahına çevirir.
Aradan onilliklər keçsə də, Lituyya hələ də təbiətin gücünün və qəfil dəyişkənliyinin simvolu olaraq qalır: dənizlə dağların görüşdüyü yerdə, dağ boyda canavarlar doğulur.
Hacı Cavadov