Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/21/2025

Paylaşın

GÜNDƏM

Dərinliklərin yırtıcısı: Ola bilər ki, meqalodonun nəsli kəsilməyib

Dəhşətli dərəcədə böyük, inanılmaz dərəcədə güclü və tamamilə amansız olan bu canlı bəlkə hələ də dünya okeanının dərinliklərində haradasa gizlənir.

Meqalodon – uzunluğu 25 metrə qədər və çəkisi 45 tona qədər olan, planetimiz yaranandan indiyə qədər ən böyük dəniz yırtıcısıdır.

Həddi-büluğa çatmış insan ovcunun ölçüsü boyda olan dişləri bu canlı ilə bağlı sirrlərin ortaya çıxması üçün açar oldu.

Baki-baku.az xəbər verir ki, haqqında bəhs etdiyimiz canlıya verilmiş Otodus meqalodon adı hərfi mənada “böyük diş” deməkdir ki, bu da metaforadan daha çox reallığa yaxındır.

Bu əfsanəvi qorxunc canlının alt və üst çənələrinin uzunluğu üç metrə çatırdı, onun dişləmə qüvvəsi hidravlik pres ilə müqayisə edilə bilərdi. Meqalodon iri balıqlar, balinalar, dəniz tısbağalarını ovlayırdı və mövcud olduğu dövrdə yırtıcı balinaların rəqibi idi. Tədqiqatçılar hələ də onun böyük ağ köpəkbalığının əcdadı olub-olmadığını müzakirə edirlər.

Ən maraqlısı isə odur ki, 2,6 milyon il əvvəl nəslinin kəsilməsi rəsmən təsdiqlənən meqalodonun “kabusu” hələ də elmi dairələrdə dolanmaqda davam edir. Heç bir batiskafın gedib çıxa bilmədiyi dərinliklərdən meqalodon barəsində əldə olunmuş təsadüfi tapıntılar, sirli izlər və şahid ifadələri mövcuddur. Bəlkə də bir insanı bütövlükdə uda biləcək nəhəng köpək balığı hələ də Mariana çökəkliyinin qaranlıq bir guşəsində yaşayır?

Sual meydana çıxır: bir vaxtlar okeanların padşahı olan yırtıcı ilə görüşməyə hazırsınız?

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Formula-1 üzrə "Azərbaycan Qran Pri" yarışları ilə əlaqədar sentyabrın 15-dən paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin