Nəşr edilmişdir 10/19/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

COP29 bitəndən sonra zolaqlar ləğv olunacaq?

512A921F-2224-4370-9E23-2EB97E11418F

“COP29 tədbirindən sonra heç bir avtobus, velosiped və digər xüsusi zolaqlar ləğv olunmayacaq”.
Baki-baku.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov deyib.
“COP29-un əməliyyat tədbirləri, nəqliyyat əməliyyatlarının səmərəli təşkili üçün müəyyən zolaqlar təşkil olunub ki, onlarda COP29 loqoları var. Həmin loqolar tədbirdən sonra silinəcək. Onlar artıq nəqliyyat vasitələrinin hərəkət zolağı kimi fəaliyyət göstərəcək. Loqolar isə qırıq-qırıq nişanlanma xətləri ilə əvəz ediləcək. Həmin zolaqların bəzilərinin isə ümumi zolaq şəbəkəsinə daxil edilməsi nəzərdə tutulur”, – deyə Tərlan Səfərov bildirib.
Qeyd edək ki, artıq Bakıda 31 küçə və prospektdə 89 km xüsusi hərəkət zolağı təşkil edilib. Müxtəlif ərazilərdə təşkil edilən həmin zolaqlarla gün ərzində 68 min dəfəyə yaxın avtobus hərəkət edir və 900 mindən çox sərnişin daşınır.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakıda və Abşeron yarımadasında martın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ən son

TARİXİMİZ

Ən gözəl şəhərlərdə nəqliyyat vasitəsi kimi tramvay, trolleybus, metro və digərləri  ilə yanaşı, funikulyor da

TARİXİMİZ

Ən gözəl şəhərlərdə nəqliyyat vasitəsi kimi tramvay, trolleybus, metro və digərləri  ilə yanaşı, funikulyor da