2025-ci ilin martında “ChatGPT” süni intellekt çatbotu ilk dəfə “TikTok” və “Instagram”ı ötərək dünyada ən çox yüklənən tətbiq olub.
Baki-baku.az bu barədə “Appfigures“a istinadən xəbər verir.
Məlumata görə, tətbiq bir ay ərzində 46 milyon dəfə yüklənib, bu da fevral ayı ilə müqayisədə 28 faiz çoxdur.
Ümumdünya reytinqində “Instagram” ikinci, “TikTok” isə üçüncü yeri alıb. İstifadəçilər ümumilikdə 339 milyon tətbiq yükləyiblər, bu da fevral ayı ilə müqayisədə 40 milyon daha çoxdur.