Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və yenidənqurma səyləri sülh quruculuğu siyasətinin ayrılmaz tərkib hissəsi kimi dəyərləndirilməlidir.
Baki-baku.az xəbər verir ki, bu fikirləri Ceyhun Bayramov World Urban Forum 13 çərçivəsində keçirilən “Əlaqələndirmənin mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq” adlı tədbirdə çıxışı zamanı səsləndirib.
Nazir qeyd edib ki, bu yanaşma ölkənin daha firavan və dayanıqlı gələcəyə doğru inkişafına xidmət edir.