Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/12/2026

Paylaşın

GÜNDƏM

Çexiya Bakıda tramvay xətlərinin çəkilişində iştirak etmək istəyir

Çexiya Bakının ictimai nəqliyyat sisteminin, o cümlədən metropoliten və tramvay şəbəkəsinin modernləşdirilməsi, eləcə də Orta Dəhlizin təşviqi, Ələtdəki logistika mərkəzinin inkişafı və aviasiya sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi sahəsində Azərbaycanla əməkdaşlığın perspektiv istiqamətlərini nəzərdən keçirir.
Baki-baku.az xəbər verir ki, bunu Çexiyanın nəqliyyat naziri İvan Bednarik (Ivan Bednárik) Azərbaycan-Çexiya Biznes Forumunda bildirib.
Nazir vurğulayıb ki, Azərbaycan Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və digər regionlar arasında əlaqələrin təmin edilməsində strateji baxımdan mühüm funksiyanı yerinə yetirir: “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun artan rolu ikitərəfli dialoqa xüsusi aktuallıq qazandırır. Ümumi vəzifə “dar boğaz”ların aradan qaldırılması, o cümlədən dəmir yollarının, limanların, avtomobil yollarının və logistika mərkəzlərinin vahid multimodal şəbəkədə birləşdirilməsi hesabına bu marşrutu daha sürətli, etibarlı və rəqabətədavamlı etməkdən ibarətdir”.
İ.Bednarik qeyd edib ki, Çexiya şirkətləri dəmir yolu nəqliyyatı, siqnallaşdırma və telekommunikasiya, şəhər mobilliyi sistemləri, intellektual nəqliyyat və yol hərəkətinin idarə edilməsi sahələrində sınaqdan keçirilmiş həllər təklif etməyə hazırdır.
Nazir bildirib ki, əməkdaşlıq yalnız avadanlıqların tədarükü ilə məhdudlaşmır, həmçinin layihələrin icrasının bütün mərhələlərində yerli kadrların hazırlanmasını və texnologiya transferini əhatə edən uzunmüddətli tərəfdaşlığın formalaşdırılmasını ehtiva edir: “Öz növbəsində, Çexiya hökuməti bu təşəbbüsləri dəstəkləməyə, ixracın maliyyələşdirilməsi alətləri daxil olmaqla, əməkdaşlığın etibarlı hüquqi və maliyyə bazasının yaradılmasına kömək etməyə hazırdır”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Ən son

GÜNDƏM

2027-ci ildə Bakıda keçiriləcək "SportAccord Convention 2027" idman sammiti üçün qeydiyyat prosesi başlayıb.

GÜNDƏM

2027-ci ildə Bakıda keçiriləcək "SportAccord Convention 2027" idman sammiti üçün qeydiyyat prosesi başlayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin