Bakıda qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

“Hazırda Bakıda və Abşeron yarımadasında arabir yağış yağır. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterlidir”.Baki-baku.az bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun sözlərinə istinadən xəbər verir.Onun sözlərinə görə, yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir.“Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14 dərəcə isti təşkil edir”, – deyə N.Mahmudov qeyd edib.
Sürücülər parkinq zamanı cərimələnə bilər

Əlillər üçün ayrılan yerlərdə digər nəqliyyat vasitələrinin parklanmasına görə cərimənin məbləği açıqlanıb.Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.“Hörmətli sürücülər, bir parklanma məntəqəsində iki nişanın yanaşı olması sizi çaşdırmasın. Bu, qanunla yolveriləndir. Parklanma yerlərinin təşkili zamanı əlilliyi olan şəxslər mütləq qaydada nəzərə alınır. Fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün xüsusi yerlər […]
Bakıda bu küçəyə giriş artıq qadağandır!

Bu gündən etibarən Bakının İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkəti məhdudlaşdırılıb. Baki-baku.az xəbər verir ki, Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması məqsədilə, Əziz Əliyev küçəsi avtomobillərin hərəkəti üçün bağlanıb. Artıq ərazidə “giriş qadağandır” nişanı da quraşdırılıb. İçərişəhər ərazisinə sakinlərin və burada yerləşən diplomatik nümayəndələrin, operativ, texniki, […]
Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gecə monitorinqləri başa çatdırılıb

COP29 konfransına hazırlıq prosesi çərçivəsində paytaxtda nəqliyyatın idarə edilməsi üzrə növbəti monitorinqlər uğurla tamamlanıb.Baki-baku.az xəbər verir ki, oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək paytaxtın Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi, Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl Hüseynov, Rəşid Beyhbudov, Xəqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, Nizami, […]
Bakıda təlimlər keçirilib

Bu gün paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Su Təsərrüfatı Dövlət Agentliyi və Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə təlimlər keçirilib.Təlimlərdə gələcəkdə baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görüləcək tədbirlərin, eləcə də belə vəziyyətlərdə təşkilatların üzərinə düşən vəzifələrin müzakirəsi, maarifləndirmə işinin gücləndirilməsi […]
Paytaxtda növbəti dəfə daxili iməclik keçirildi

Şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, oktyabr ayının 26-da paytaxtda növbəti genişmiqyaslı daxili ümumşəhər iməcliyi təşkil edilib.Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından eibarən əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb. İməclik […]
Oktyabrın 25-i Qubadlının işğaldan azad olunduğu gündür

Qubadlı: Şərqi Zəngəzurun incisi Qədim yaşayış məskənləri, tarixi tikililəri, ovdan və kurqanları, qəbirüstü abidələri, zəngin mədəniyyəti, əski türklərin düşüncəsini özündə ehtiva edən oronim, oykonim, toponimləri ilə milli kimliyimizə ayna olmaqla yanaşı, Şərqi Zəngəzurun incisi hesab olunan Qubadlının 2020-ci il oktyabrın 25-də işğaldan azad olunması, düşmən caynağından xilas edilməsi Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham […]
Ayın 27-də bu yollar üç saatlıq bağlanacaq – Siyahı

COP29 konfransı ərəfəsində tədbir tarixləri ərzində nəqliyyat proseslərinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər davam etdiriləcək. Baki-baku.az xəbər verir ki, oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək davam edəcək yol nəqliyyatının monitorinq tədbirləri bütövlükdə tədbirin nəqliyyat planı və marşrutuna uyğun simulyasiya edilərək icra olunacaq. […]
Prezident İlham Əliyev Qubadlının işğaldan azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib.

Baki-baku.az bildirir ki, paylaşımda deyilir: Zəfər tariximiz – Qubadlının Ermənistan işğalından azad edilməsindən dörd il ötür”.
Xəqani bağı ilə bağlı iddialara münasibət bildirildi

Bakı Şəhər Ticarət və Xidmət Departamentinin məlumatı Bir müddət əvvəl sosial şəbəkələrdə Xəqanı bağının bir hissəsinin orada yerləşən restoran tərəfindən zəbti barədə məlumat yayılmışdı. Məsələ ilə bağlı Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən əraziyə yerləşdirilən və insanların gediş-gəlişinə maneə törədən gül dibçəklərinin yığışdırılması təmin edilib.Departament tərəfindən aparılmış araşdırılma nəticəsində məlum olub ki, dibçəklər əraziyə […]