Qlobal istiləşmə: fəsadları və nəticələri

İqlim dəyişmələri hazırda dünyanı narahat edən başlıca problemlərdən biri hesab olunur. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. BMT-nin hesabatında göstərilir ki, son 150 ildə dünyada temperatur 1 dərəcə yüksəlib. Baki-baku.az xəbər verir ki, ekspertlərin ehtimallarına görə, əgər Yer kürəsində temperatur bu sürətlə qalxmaqda […]
Ölkə ərazisində yağıntılarda fasilə yaranıb

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 22-si saat 18:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində davam edən yağıntılarda fasilə yaranıb.Baki-baku.az-ın xəbərinə görə, Xidmətin rəsmisi Gülnarə Abbasova bildirib ki, Bakıda və Abşeron yarımadasında və eləcə də, Naxçıvan MR-da, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy bölgələrində yağıntılar tədricən kəsilib.Lənkəran-Astara, Mərkəzi Aran və Balakən-Şəki zonasının bəzi yerlərində isə qısamüddətli yağıntılı hava […]
Bakının Nərimanov rayonunda Əhmədbəy Ağaoğlu küçəsi təmir olunub

Bakının Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi (Təbriz küçəsi ilə kəsişmədən Fətəli xan Xoyski prospektinədək) təmir olunub.Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.Məlumata görə, təmir işlərinin aparıldığı küçənin uzunluğu 1510 metr, ortalama eni isə 17 metr təşkil edib.Təmir işləri zamanı küçənin köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə yararsız səki […]
2024-cü il Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyətində yadda qalan il oldu

Başa vurduğumuz il ərzində Bakının gözəlləşdirilməsi, ekoloji vəziyyətinin yaxşılaşdırılması, insanların rifahının təmin edilməsi istiqamətində işlər görülüb.Baki-Baku.az il ərzində görülən işlərə nəzər yetirir.Belə ki, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində bir sıra fəaliyyət həyata keçirilib. 2024-cü ildə bu istiqamətdə […]
Bakının bəzi ərazilərinə aylıq normadan dəfələrlə çox yağıntı düşüb

Oktyabrın 22-də saat 9:00-a olan məlumata əsasən, Azərbaycanda qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə arabir leysan xarakterli intensiv yağış yağır.Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Binədə 86 mm (aylıq normanın 306%-i), Maştağada 60 mm (aylıq normanın 150%-i), Pirallahıda 47 mm […]
Ölkə ərazisində yağış və leysan nə vaxtadək davam edəcək?

“Müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 22-si günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək”. Baki-baku.az xəbər verir ki, bu barədə Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.“Müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 22-si günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər […]
Güclü yağışın yollarda yaratdığı fəsadları ilə bağlı DİN əlavə qüvvə cəlb etdi

“Hava şəraiti ilə əlaqədar paytaxt yollarında hərəkətin tənzimlənməsi istiqamətində tədbirlər görülür”.Baki-baku.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sosial media hesabında bildirib:“Xidmətə əlavə qüvvə və naryad qrupları çıxarılıb. Hazırda paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması üçün bütün zəruri tədbirlər icra olunur”.
Qurumların rəhbərləri hadisə yerində

Gecə saatlarında yağan yağışın normadan dəfələrlə artıq olması səbəbindən paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektindəki Bağırov korpüsü ərazisində suyun səviyyəsi artmış, nəticədə sözügedən ərazidə hərəkət tam məhdudlaşdırılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və aidiyyəti strukturların rəhbərləri əraziyə gələrək baxış keçirmiş, təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın rayon icra hakimiyyətlərinin başçıları, […]
Bakıda yağışın fəsadları aradan qaldırılır

Bu gün BŞİH-də aidiyyəti qurumların iştirakı ilə keçirilən iclasdan sonra FHN-in və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin qurumları hərəkətə keçdi. Belə ki, Mərdəkan istiqamətində yerləşən tunneldə subasma xüsusi texnika vasitəsilə aradan qaldırılır.
Bakıda nə baş verir?

Bakıda bu gün səhər saatlarından başlayan yağıntıların normadan artıq olması müşahidə olunur. Normadan dəfələrlə artıq yağıntı olmasını nəzərə alaraq bu hal şəhərin kanalizasiya sistemının xaric edə biləcəyi miqdardan xeyli artıqdır, və dünyanın heç bir şəhəri bundan sığortalanmayıb. Belə hallar son zamanlarda Avropa və dünyanın digər ölkələrində də müşahidə olunmaqdadır. Misal üçün İtaliyanın Siciliya bölgəsində, Avropanın […]