Bakının bəzi ərazilərində qaz olmayacaq
Nərimanov və Suraxanı rayonlarında qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Abşeron rayonunda “Masazır” yüksək təzyiqli tənzimləmə məntəqəsində baypas xəttinin quraşdırılması, Balakən rayonu ərazisində qaz xətlərində aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması və “Tərtər” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti üzərində qaz tənzimləyici qurğunun quraşdırılması məqsədilə dekabrın 11-i saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.Baki-baku.az bu barədə […]
Bakının üç rayonunda işıq olmayacaq
Bu gün Bakının Binəqədi, Sabunçu və Suraxanı rayonlarında təmir, yenidənqurma işləri ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq.Baki-Baku.az bu barədə “Azərişıq” ASC-ə istinadən cəbər verir.Məlumata görə, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 110/35/6 kV-luq “ETK 4” yarımstansiyasında aparılan təmir işləri ilə əlaqədar saat 11:00-dan saat 14:00-dək Binəqədi kəndində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Sabunçu […]
Metronun “8 Noyabr” stansiyasının yaxınlığında yeni piyada işıqforları quraşdırılıb
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması istiqamətində işləri davam etdirir.Mərkəzdən Baki-Baku.az-a verilən məlumata görə, bu məqsədlə Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində, metronun “8 Noyabr” stansiyasının yaxınlığında yeni piyada işıqforları quraşdırılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yola piyada zolağı çəkilib. Bununla da yoldan istifadə edən piyadaların rahat gediş-gəlişi təmin […]
Bakıda qanunsuz tikinti sökülüb
Bakıda Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Sulutəpə qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.Bu barədə Baki-Baku.az-a FHN-dən məlumat verilib.Bildirilib ki, müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Binəqədi Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili […]
Ümummilli Liderin anım günü ilə bağlı paytaxtda bəzi yollarda hərəkət istiqaməti dəyişəcək
Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.Bu barədə Baki-baku.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Dekabrın 12-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması Ulu Öndər H.Əliyevin xatirəsini yad edənlərin rahat, fasiləsiz və […]
“Google” istifadəçiləri 2024-cü ildə ən çox hansı məlumatları axtarıblar?
2024-cü ildə istifadəçilər “Google” axtarış sistemində ən çox ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp və Uels şahzadəsi Keyt Middlton haqqında məlumat axtarıblar.Baki-Baku.az bu barədə şirkətin dərc etdiyi hesabata istinadən xəbər verir.İstifadəçilər arasında ən çox maraq doğuran hadisə ABŞ-də noyabr ayında keçirilən prezident seçkisi olub. Onlar eyni zamanda təbii fəlakətlər, xüsusilə ABŞ-də baş verən “Milton” qasırğası, Yaponiyada […]
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.Baki-Baku.az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.Bildirilib ki, digər bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafikə əsasən ödəniləcək.
Azad edilmiş ərazilərdə yeni milli park yaradılacaq
“İşğaldan azad edilmiş Şuşa (6 min 43.7 hektar), Xocalı (24 min 824.4 ha), Ağdərə (46 min 606.7 ha) və Kəlbəcər (15 min 181.4 ha) rayonlarının inzibati ərazilərinin bir hissəsini əhatə etməklə, ümumi sahəsi 92 min 656.2 hektar olan yeni Milli parkın yaradılması nəzərdən keçirilir”.Baki-baku.az “Report“a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi […]
Günəşdə güclü partlayış qeydə alınıb
Bu gün Günəşdə M yüksəksinifli güclü partlayış qeydə alınıb.Baki-baku.az bu barədə TASS-a istinadən xəbər verir.“Dekabrın 10-da Moskva vaxtı ilə saat 09:48-də (Bakı vaxtı ilə 10:48 – red.) rentgen diapazonunda 19 dəqiqə davam edən M6.4 partlayışı qeydə alınıb. Partlayış qısadalğalı radiorabitənin kəsilməsi ilə müşayiət olunub”, – deyə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidmətindən məlumat verilib.Qeyd edək […]
Sürücülər cərimələnə bilər
“Qanunvericiliyə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının aydın görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır”.Baki-baku.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciətində bildirilib.“Son günlər müşahidə olunan yağmurlu hava şəraiti […]