Nəşr edilmişdir 12/11/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Bakının üç rayonunda işıq olmayacaq

Bu gün Bakının Binəqədi, Sabunçu və Suraxanı rayonlarında təmir, yenidənqurma işləri ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq.
Baki-Baku.az bu barədə “Azərişıq” ASC-ə istinadən cəbər verir.
Məlumata görə, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 110/35/6 kV-luq “ETK 4” yarımstansiyasında aparılan təmir işləri ilə əlaqədar saat 11:00-dan saat 14:00-dək Binəqədi kəndində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində aparılan təmir işləri ilə əlaqədar artıq saat 10:00-dan Elşən Mehdiyev, İvan Anaşkin, İnqilab, Lətif Sultanov və Bəşir Bünyadov küçələrində elektrik verilişi dayandırılıb. İşlər saat 14:00-dək davam edəcək.
Suraxanı RETSİ-nə daxil olan transformator məntəqəsində həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar Qaraçuxur qəsəbəsinin Vağzal və Kərəm İsmayılov küçələrində də saat 10:00-dan etibarən işıq yoxdur. Burada işlər saat 15:00-dək davam edəcək.
Qurumdan bildirilib ki, yenidənqurma və təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində yanvarın 12-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti

Ən son

GÜNDƏM

İqlim dəyişikliyi qarşıdakı 20 il ərzində 5.6 milyard insanın həyatını təhdid edəcək.Baki-baku.az xəbər verir ki,

GÜNDƏM

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Duman sinoptik şəraitlə əlaqədar olaraq,

GÜNDƏM

Bu ilin yanvar-oktyabr aylarında Bakıda muzdla işləyənlərin ortaaylıq nominal əməkhaqqı 1 251,6 manat təşkil edib.Baki-Baku.az